UEFA Azərbaycan millisi və "Qarabağ"ın kapitanı Maksim Medvedevlə bağlı Tvitter hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, Avropanın ali futbol qurumu yarımmüdafiəçini 33 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Paylaşımda vurğulanıb ki, təcrübəli oyunçu peşəkar karyerası ərzində yalnız kapitanı olduğu Ağdam təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da oynayır.
Bizim.Media
