Rusiya 2500 ukraynalını əsir saxlayır.
Bizim.Media xəbər verir ki, bunu BBC-ə açıqlamasında Ukrayna Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk deyib.
“İnsanlar əsirlikdə qalır, ən pisi isə orada mülki şəxslər qalır. Söhbət 2500 insandan gedir”, - deyə Vereşuk bildirib.
Onun sözlərinə görə, əsirlikdə qalanların çoxu qadındır:
“Biz məsələni bir yerə qoymalı və mülki şəxslərin azad edilməsini tələb etməliyik. Mülki şəxslər dəyişdirilməlidir, qaytarılmalıdır”.
Bizim.Media