Ukraynanın müxtəlif şəhərlərində “referendumlar” əleyhinə aksiyalar təşkil edilib.
Bizim.Media “uanews”a istinadən xəbər verir ki, etirazçılar “Mariupol Ukraynadır” şüarı ilə mitinq keçiriblər.
Məlumata görə, bənzər aksiyalar Lvov, Kiyev, Odessa, Ternopol və digər şəhərlərdə davam edir.
Xatırladaq ki, ötən gündən etibarən Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya birləşmək üçün “referendum” keçirilir. Səsvermə sentyabrın 27-dək davam edəcək.
Bizim.Media