Azərbaycan və İndoneziya Prezidentləri arasında məktub mübadiləsi olub

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Prezident İlham Əliyevə məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Bu əlamətdar gün - 1992-ci il sentyabrın 24-də İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə İndoneziya hökuməti və xalqı adından Zati-alinizə səmimi salamlarımı və təbriklərini çatdırıram. 

Fürsətdən istifadə edərək İndoneziyanın müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin genişlənməsinə verdiyi önəmi bir daha vurğulayıram.

Ümidvaram ki, müxtəlif beynəlxalq forumlarda Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyik. Eyni zamanda, qlobal çağırışların hökm sürdüyü bir vaxtda hökumətlərimiz xalqlarımızın rifahı naminə ərzaq və enerji təhlükəsizliyini daha yaxşı təmin etmək üçün əməkdaşlığı bundan sonra daha da inkişaf etdirməlidir. 

Cənab Prezident, son 30 il ərzində sürətlə inkişaf edən əməkdaşlığa və möhkəmlənən dostluğa görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı ifadə edirəm. 

Zati-aliləri, Sizə və Azərbaycan xalqına xoşbəxtlik, möhkəm cansağlığı və tərəqqi arzulayıram. 

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin". 

Prezident İlham Əliyev də İndoneziya Prezidenti Coko Vidodoya məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost xalqınızı səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram. 
Ötən onilliklər ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni pilləyə qaldırılması, əlaqələrimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar vardır. 

İndoneziya Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq. Biz ölkənizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın haqq işini davamlı dəstəkləməsini yüksək qiymətləndirir, bunu həmrəyliyimizin və dostluğumuzun həqiqi təzahürü kimi dəyərləndiririk. 

Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-İndoneziya əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik. 
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Günay Malikqızı vəzifəsindən ayrıldı

Günay Malikqızı vəzifəsindən ayrıldı

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Lavrovdan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə müsbət bir tendensiya formalaşdırıblar”

İsmayıllıda güclü yanğın – VİDEO

İsmayıllıda güclü yanğın – VİDEO

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Moskvada "ağcaqanad fırtınası" XƏBƏRDARLIĞI

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək - FOTO

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Tərkibində təhlükəli maddə olan arıqlama məhsulları yenə SATIŞDA – ARAŞDIRMA

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Zarafat etmək istəyirdi, dostunun həyatına son qoydu – VİDEO

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Xalq artistinin qızı 3 ildə 100 dəfə CƏRİMƏLƏNDİ

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət etdi - FOTO

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Seda Sayan qadınlara SƏSLƏNDİ: “Ərinizin subay dostunu evə buraxmayın”

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

Azərbaycanın döyüş təyyarələri havaya qaldırıldı – FOTO

End of content

No more pages to load

RADİO