İkiqütblü dünyanın ŞƏRQ TABLOSU - Səmərqənd sammitinin TƏHLİLİ

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti öz işinə start verib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qonaq qismində iştirak etdiyi zirvə toplantısından sonra çəkilən foto xüsusilə diqqətləri özünə cəlb edib.

Belə ki, nahar masasında çəkilən fotoda Türkiyə, Azərbaycan, Özbəkistan, Rusiya, Belarus, İran, Türkmənistan və Qırğızıstan liderlərinin müzakirələr apardığı görünür. 

Prezidentlərin əyləşmə sırası da diqqət çəkir. Belə ki, Türkiyə və Azərbaycan, eləcə də Rusiya və Belarus liderlərinin yanaşı əyləşdiyi görülür. Bu, təbii ki, ölkələr arasındakı münasibətlərin yaxınlığı baxımından başadüşüləndir.
 

MÖVZU İLƏ BAĞLI:

ŞƏT-ə üzv ölkələrin Sammiti başlayıb - Azərbaycan Prezidenti Sammitdə iştirak edir - FOTO/VİDEO


Türkmənistan, Özbəkistan liderləri də İlham Əliyev və Ərdoğanla yanaşı əyləşib. İran prezidenti Rəisi isə bir qədər kənarda əyləşib ki, bu da anlaşılandır. Çünki Qərbin sanksiyaları səbəbindən iqtisadi bağları tamamən Şərqə transformasiya olunasa belə, İran bu ölkələrin hər biri ilə məsafəli siyasət yürüdür.

Eyni zamanda ŞƏT sammiti digər bir çox aspektlərdən mühüm əhəmiyyət kəsb edirdi.

Xüsəsən də, Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasının davam etdiyi bir vaxtda Səmərqənd sammiti ŞƏT-in əvvəlki tədbirlərindən daha böyük maraqla gözlənilirdi. Çünki davam edən müharibə Qərb dünyasını Rusiyaya düşmən edib. Şərqdə isə bu məsələdə qəti qərar yoxdur.

Belə ki, Asiyanın iki böyük nəhəngi olan Çin və Hindistan bütün təzyiqlərə rəğmən bitərəfliyini qorumağa davam edir.

Digər tərəfdən Türkiyə faktorunu da diqqətə saxlamaq zəruridir. NATO üzvü olan Türkiyə də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və hal-hazırda Qərb və Rusiya arasında iqtisadi əlaqələrin qurulmasında əsas vasitəçi kimi çıxış edir.
Azərbaycanın da hazırki dünya siyasi sistemində tutduğu mövqe Türkiyə ilə bənzərlik təşkil edir. Rəsmi Bakı həm Qərblə əlaqələrini inkişaf etdirir, həm də Şərqlə münasibətlərini davam etdirir.

Üçünücü və bizim üçün daha çox diqqət çəkən məqamsa sammitin Ermənistanla sərhəddəki irimiqyaslı toqquşmalardan dərhal sonra keçirilməsilə bağlıdır. 

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan da toplantıya dəvət olunmuşdu, lakin səfərdən imtina etdi. Paşinyanın səfərdən imtina etməsinin də üç əsas səbəbi var idi:

Birincisi, ölkədaxili siyasi böhranın getdikcə dərinləşməsi; 

İkincisi, Nikolun tərəfini bəlli etməsi;

Üçüncüsü, Paşinyanın sammitdə üzərinə qoyulacaq öhdəliklərdən boyun qaçırmaq istəməsi.
Paşinyan Qərbin əli ilə hakimiyyətə gəlib, ölkəsini Rusiya orbitindən çıxarmağa çalışsa da, işlər heç də istədiyi kimi getmir. Gedə də bilməzdi. Çünki Ermənistan iqtisadi və hərbi baxımdan tamamilə Rusiyanın kontrolundadır. Belə olan halda Paşinyan nə qədər Qərbə yönəlsə də, Moskvanın gözündən iraq olmağı bacarmır.

Sammitdə iştirak etməməklə itirən yenə də Ermənistan oldu. Xüsusilə də iqtisadi baxımdan. Ona görə ki, Səmərqəndə Asiyanı Avropaya birləşdirən nəqliyyat əlaqələri əsas müzakirə mövzularından biridir. Ermənistanın isə Zəngəzur dəhlizi ilə bu xətlərə qoşulmaq imkanı yaranıb. Amma Paşinyan “heç bir dəhliz olmayacaq” sərsəmlələri ilə ayağına gələn fürsətləri geri təpməyə davam edir.

Azərbaycansa hazırki geosiyasi və iqtisadi situasiyada dünyanın diqqət mərkəzindədir. Çünki Asiyanı Avropa ilə birləşdirən yolların keçdiyi və sanksiyalara məruz qalmayan yeganə ölkə Azərbaycandır (İran və Rusiyadan fərqli olaraq). Bunu Qərbdə də yaxşı anlayırlar və günümüz siyasətində geniş istifadə olunan bu ideya vəziyyəti tamamən izah edir:
“Əgər əvvəlki yüzilliklərdə dənizlərə hökmranlıq edən dünyanı idarə edirdisə, bu gün dəhlizlər üçün vəziyyət eynidir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

Barak Obama kitablar haqqında podkast yayımlayacaq

Barak Obama kitablar haqqında podkast yayımlayacaq

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO

Tramp: “Növbəti prezident gördüyüm böyük işləri öz adına çıxacaq” - VİDEO

Tramp: “Növbəti prezident gördüyüm böyük işləri öz adına çıxacaq” - VİDEO

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı var - FOTO

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı var - FOTO

Apokalipsisdən qaçış: milyarderlər dünyanın sonunu Argentina çöllərində qarşılamağa hazırlaşırlar

Apokalipsisdən qaçış: milyarderlər dünyanın sonunu Argentina çöllərində qarşılamağa hazırlaşırlar

ADNSU-nun rektorundan abituriyentlərə MÜRACİƏT

ADNSU-nun rektorundan abituriyentlərə MÜRACİƏT

Goranboy qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI

Goranboy qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

Zelenski: Şimali Koreya Rusiyaya ballistik raket göndərir

Zelenski: Şimali Koreya Rusiyaya ballistik raket göndərir

İtaliyada yolsuz və rabitəsiz cənnət: turistlərin tanımadığı Palmarola adası - FOTO

İtaliyada yolsuz və rabitəsiz cənnət: turistlərin tanımadığı Palmarola adası - FOTO

Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI

Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Azərbaycan Tibb Universitetində təhsil haqqı azaldılıb?

Azərbaycan Tibb Universitetində təhsil haqqı azaldılıb?

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI

Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI

Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğradı

Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğradı

Rusiya hətta “oyuncaq müxalifətdən” də qorxdu: “Yabloko” partiyası seçkilərə buraxılmadı - VİDEO

Rusiya hətta “oyuncaq müxalifətdən” də qorxdu: “Yabloko” partiyası seçkilərə buraxılmadı - VİDEO

ABŞ Ermənistan və Azərbaycanla münasibətlərin gücləndirilməsinə sadiqliyini ifadə etdi

ABŞ Ermənistan və Azərbaycanla münasibətlərin gücləndirilməsinə sadiqliyini ifadə etdi

End of content

No more pages to load

RADİO