Qazaxıstandan sonra KTMT-ni hansı ölkələr tərk edəcək? - SIRALAMA

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Milli Ordumuzun cavab tədbirləri qarşısında aciz qalan Ermənistanın baş naziri Nikol Paşinyan, öz ənənələrinə sadiq qalaraq yenə də çarəni kimlərdənsə kömək istəməklə vaxtı uzatmağa çalışıb.

İlk qaçdığı yer isə isə hazırda sədrlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olub. Bəs KTMT nədir? Nə zaman yaranıb? Azərbaycan nə üçün üzvlükdən ayrılıb?

Bilməyənlər üçün qeyd edək ki, KTMT və ya “ODKB” kimi tanınan bu hərbi təşkilat 1992-ci ildə post-Sovet məkanına daxil olan ölkələr arasında könüllülük prinsipi əsasında yaradılıb.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır


Təşkilat yarandığı illərdə bir növ 1955-ci ildən 1992-ci ilədək mövcud olan “Varşava Paktı”-na istinad edirdi. 1992-ci ildə MDB-yə üzv olan 6 post-Sovet dövləti Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanın imzası əsasında yaranan təşkilata 1994-cü ildə Azərbaycan, Gürcüstan və Belorus da qoşulub.

Az bir müddət sonra, elə həmin ildə Azərbaycan və Gürcüstan hərbi təşkilatı tərk edirlər. Azərbaycanın təşkilatdan ayrılma səbəbi isə Azərbaycan torpaqlarını işğal edən Ermənistanla eyni təşkilatın üzvlüyünü daşımaq istəməməsi olur. 1994-cü ildə ümummili lider Heydər Əliyev eyni hərbi təşkilat daxilindəki bir ölkənin digər ölkəyə hücum etməsinin yolverilməz olduğunu səsləndirərək, etirazını ifadə edib. Təşkilatı ən son isə 2012-ci ildə Özbəkistan tərk edib.

Qazaxıstan isə 2023-cü ildən təşkilatı tərk edəcəyini açıqlayıb. Əgər Qazaxıstan KTMT-ni tərk edrsə, bu təşkilat kimə lazım olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Türkiyəli hərbi ekspert Yücel Karauz bildirib ki, bəzi iqtisadi və sosial problemlərdən dolayı Qırğızıstan hələ ki, təşkilatı tərk edə bilməyəcək. Lakin gələcək dönəmdə bunun da baş verməsi mümkün ola bilər:

“KTMT-nin tarixinə baxsaq bu günə kimi bir yaraya məlhəm, dərdə dərman olduğunu görə bilmərik. Ən son Qazaxıstandakı toqquşmalar zamanı təşkilat ora 2800 nəfərlik ordu yeritdi. Dolayısı ilə desək KTMT öz məqsədinə çatmadı. Çünki “Varşava Paktı”-nın açmış olduğu boşluğu doldura bilmədi”.

Təşkilatın getdikcə zəifləməkdə olan mövqeyindən danışan ekspert KTMT-ni tərk edənlər sırasına Tacikistan və Qırğızıstanın qoşulacağını da bildirib:

“Sentyabrın 13-də Ermənistan kömək üçün təşkilata müraciət etdiyi zaman bu Qazaxıstan və Qırğızıstan tərəfindən rədd edildi. KTMT-nin nizamnaməsinə görə təşkilatın bir üzvünə olan xarici hücum digər üzvlərə qarşı olmuş kimi qəbul edilir. Bu isə sanki NATO-nun müqəddiməsinin 5-ci maddəsini təkrarlayır. Həmçinin KTMT-ə üzv olan ölkələr başqa heç bir hərbi təşkilatlara üzv ola bilmir. Eyni zamanda da fərdi şəkildə başqa bir ölkə ilə müttəfiqlik müqaviləsi imzalamaqdan məhrum olurlar. Bu isə sanki ittifaqa üzv ölkələrin əl-qolunu bağlayır. 

Qazaxıstandan sonra irəlliləyən dönəmdə üzvlükdən ayrılan dövlətlər sırasına Tacikistan və Qırğızıstanın qoşulacağı real görünür. 

Serbiya isə əksinə təşkilata üzvlük üçün müraciət edib. Bu da Serbiyanın son illər Rusiyaya meyilli siyasət yeritməsi ilə bağlıdır.

Ermənistanda hazırda bu təşkilatla bağlı ciddi mübahisələr mövcuddur. Sədrlik etmələrinə baxmayaraq hazırda heç bir dəstək görməyən İrəvan ola bilsin ki, müəyyən müddətdən sonra bu birlikdən imtina etsin.
Sədrlik müddəti bitdikdən sonra KTMT-dən aldığı imtinanı əsas tutaraq Paşinyan təşkilatı tərk etməyin yollarını axtaracaq” - deyə ekspert fikirlərini yekunlaşdırıb. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

Barak Obama kitablar haqqında podkast yayımlayacaq

Barak Obama kitablar haqqında podkast yayımlayacaq

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO

Tramp: “Növbəti prezident gördüyüm böyük işləri öz adına çıxacaq” - VİDEO

Tramp: “Növbəti prezident gördüyüm böyük işləri öz adına çıxacaq” - VİDEO

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı var - FOTO

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı var - FOTO

Apokalipsisdən qaçış: milyarderlər dünyanın sonunu Argentina çöllərində qarşılamağa hazırlaşırlar

Apokalipsisdən qaçış: milyarderlər dünyanın sonunu Argentina çöllərində qarşılamağa hazırlaşırlar

ADNSU-nun rektorundan abituriyentlərə MÜRACİƏT

ADNSU-nun rektorundan abituriyentlərə MÜRACİƏT

Goranboy qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI

Goranboy qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

Zelenski: Şimali Koreya Rusiyaya ballistik raket göndərir

Zelenski: Şimali Koreya Rusiyaya ballistik raket göndərir

İtaliyada yolsuz və rabitəsiz cənnət: turistlərin tanımadığı Palmarola adası - FOTO

İtaliyada yolsuz və rabitəsiz cənnət: turistlərin tanımadığı Palmarola adası - FOTO

Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI

Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Azərbaycan Tibb Universitetində təhsil haqqı azaldılıb?

Azərbaycan Tibb Universitetində təhsil haqqı azaldılıb?

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI

Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI

Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğradı

Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğradı

Rusiya hətta “oyuncaq müxalifətdən” də qorxdu: “Yabloko” partiyası seçkilərə buraxılmadı - VİDEO

Rusiya hətta “oyuncaq müxalifətdən” də qorxdu: “Yabloko” partiyası seçkilərə buraxılmadı - VİDEO

ABŞ Ermənistan və Azərbaycanla münasibətlərin gücləndirilməsinə sadiqliyini ifadə etdi

ABŞ Ermənistan və Azərbaycanla münasibətlərin gücləndirilməsinə sadiqliyini ifadə etdi

End of content

No more pages to load

RADİO