“BMT TŞ-da müzakirələr pres-relizin qəbulu ilə başa çatacaq” – Fərid Şəfiyev

“BMT Təhlükəsizlik Şurasında Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı müzakirələr sadəcə pres-relizin qəbulu ilə başa çatacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev sərhəddəki vəziyyətin dünən BMT TŞ-nın qapalı iclasında, bu gün isə açıq rejimdə müzakirəsinə münasibət bildirərkən deyib: 

“Adətən qapalı görüşlərdə BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv dövlətlərinin mövqeləri öyrənilir. Daha sonra isə proses açıq şəkildə keçirilir. Bu gün olacaq müzakirələrdən sonra gözlənilən odur ki, pres-reliz hazırlanacaq. Bu isə ümumi xarakter daşıyan bir sənəddir. Yəni məlumat xarakterli sənəddir və onun siyasi və hüquqi əhəmiyyəti yoxdur. Pres-relizdə isə ölkələrin və Təhlükəsizlik Şurasının ümumi mövqeyi əks olunur”. 

F. Şəfiyev sözügedən mövzu ilə bağlı TŞ sədrinin bəyanatla çıxış edəcəyini və hər hansı bir qətnamənin qəbul ediləcəyini isə düşünmür: 

“Azərbaycan Ermənistan sərhədindəki vəziyyətlə bağlı ikinci reaksiya Təhlükəsizlik Şurası sədrinin bəyanatıdır ki, o da gözlənilmir. Amma hansısa bir hadisəyə ən yüksək reaksiya qətnamənin qəbul edilməsidir. Hansı ki, qətnamə qəbulu beynəlxalq hüquq baxımından məcburi xarakter daşıyır. Halbuki Azərbaycanın tələbilə vaxtilə qəbul edilən 822, 853, 874 və 884 saylı 4 qətnamə icra olunmadı. İki ölkə arasında toqquşmalar davam edərsə, BMT TŞ-nin məsələ ilə daha ciddi məşğul ola, hər hansı bir bəyanat da verə bilər. Amma görünən odur ki, atəşkəs demək olar ki, bərqərar olunmaqdadır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

Barak Obama kitablar haqqında podkast yayımlayacaq

Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!" - FOTO

Tramp: “Növbəti prezident gördüyüm böyük işləri öz adına çıxacaq” - VİDEO

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı var - FOTO

Apokalipsisdən qaçış: milyarderlər dünyanın sonunu Argentina çöllərində qarşılamağa hazırlaşırlar

ADNSU-nun rektorundan abituriyentlərə MÜRACİƏT

Goranboy qəzasında xəsarət alanların kimliyi AÇIQLANDI

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

SON DƏQİQƏ: Kəlbəcərdə zəlzələ oldu

Zelenski: Şimali Koreya Rusiyaya ballistik raket göndərir

İtaliyada yolsuz və rabitəsiz cənnət: turistlərin tanımadığı Palmarola adası - FOTO

Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

Goranboyda ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Azərbaycan Tibb Universitetində təhsil haqqı azaldılıb?

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI

Ukraynanın "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğradı

Rusiya hətta “oyuncaq müxalifətdən” də qorxdu: “Yabloko” partiyası seçkilərə buraxılmadı - VİDEO

ABŞ Ermənistan və Azərbaycanla münasibətlərin gücləndirilməsinə sadiqliyini ifadə etdi

End of content

No more pages to load

RADİO