İtaliya A seriyası təmsilçisi "Bolonya"nın yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Tiaqo Motta təyin olunub. 40 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.
O, istefaya göndərilən Sinişa Mixayloviçi əvəzləyib.
Qeyd edək ki, T.Motta ötən mövsüm "Spetsiya"nı (İtaliya) çalışdırıb.
Bizim.Media