“Rusiya sanksiyaların olacağını bilirdi və ona hazırlaşmışdı” - POLİTOLOQ

“Rusiyaya 11 000 sanksiya tətbiq olunub və heç biri nəticə vermədi. Əvəzində ortaya çıxan inflyasiya və enerji qıtlığı Avropanı çökdürə bilər”.

Bizim.Media xəbər verir ki, Macarıstan baş naziri Orban belə deyib. 

Politoloq Elman Vəliyev dünyanın gələcək siyasi konfiqurasiyası barəsində Bizim.Media-ya şərh verib.

“Rusiyanın sanksiyalara rəğmən güclü ziyan almaması onun yaxşı iqtisadi siyasətinin göstəricisidir. Qərbi Avropa Rusiyaya sanskiyalar tətbiq etsə də, hələ də enerji almağa davam edir. Üzü soyuqlara doğru gedir və Avropa böyük bir enerji sıxıntısı yaşayacağını fərqindədir.

Qərb sanksiyalar tətbiq etsədə, Rusiya üçün şərq bazarı mövcuddur. Çexiya, Latviya, Şimali Makedoniya, Bosniya və Herseqovina, eləcə də Moldova qazı təkcə Rusiyadan idxal edir.
Amerika nə qədər güclüdürsə, Rusiya da ondan geri qalmır”.

Rusiyanın bu konfliktdə yeritdiyi uğurlu siyasətin biri də Çinlə çox yaxın əlaqələrin qurulması oldu. 

“Çin iqtisadi cəhətdən Amerikaya meydan oxuyan dövlətdir. Yuanı ilə dolları “out” etmək planı mövcuddur. Dünyanın bir çox yerinə borc veirb. Bu borcları yuan ilə isətəsə, həmin ölkələr məcburən yuan almalıdır ki, bu da dollara zərbə deməkdir.
Rusiya Avropanı itələmək əvəzində onu yanına çəkməyə çalışır. Putinin son çıxışlarında aydın görünürdü ki, Kreml Avropanı itirmək istəmir. Bunu iki faktordan qiymətləndirə bilərik. 

Həm Qərbin tamamən sərt reaksiyanını, Amerikanın rıçağına tam keçməsini istəmir, həm də qərb Rusiya üçün satış bazarlıdır. Əlindəki enerjinin 50%-ni Qərb alır. Amerika bunun fərqindədir və Qərbin enerji sıxıntısını aradan qaldırmaq üçün alternativlər axtarır.

Baydenin İranla münasibətləri nizamlamaq istəyinin bir səbəbi də enerjidir. Rusiya tərəfi Amerikadan daha intensiv işləyir. Şimal-Cənub dəhlizinin daha da aktivləşməsi üçün səylər göstərir”.
Rusiya sanksiyalar sahəsində təcrübəli bir dövlətdir. 

“2014-cü ildə Krımı işğal etdikdə indiki kimi olmasa da, bir xeyli sanksiyalara məruz qaldı. Rusiya tərəfi bilirdi ki, bu sanksiyalar yenə tətbiq olunacaq. 8 il zaman kəsiyində Rusiya boşluqları doldurdu, ağır sanksiyalara qarşı adekvat cavabların verilməsi yollarını axtardı.

Müharibəyə qədər ölkəyə xeyli dollar gətirildi. Hal-hazırda Rusiya mərkəzi bankının rezervləri 700 milyard dollara yaxındır. Bir xeyli miqdarda qızıl və xarici pullar vardır. 

Digər bir yandan Qərb sanksiya tətbiq etsə də, Çin, Pakistan, Türkiyə, İran, Mərkəzi Asiya dövlətləri, Qafqaz ölkələri, Latın Amerika ölkələri, Ərəb ölkələri, Orta şərq ölkələri ilə münasibətlər nizamlıdır. Qərb sanksiya tətbiq etsə də, şərq kimi enerji qaynağı mövcuddur.

Avropa ehtiyatını əldən verməyərək Rusiyanı swiftdən tam çıxarda bilmir. Bu sistem Amerika və Avropa ikiliyi tərəfindən qurulub.

Yəni təkcə Amerikanın istəməyi ilə Rusiyanı çıxartmaq olmur. Avropa bilir ki, enerji ehtiyacının əksəriyyətini Rusiya ödəyir. Ehtiyat edirlər ki, Amerika öz üzərinə götürüb sonra yarıyolda qoya bilər”.
Bu vəziyyət həm Qərb üçün, həm də Rusiya üçün neqativdir. 

“Qərbdə də enerji böhranı yaşanma riski var. Bu işdə faydalı çıxan Amerikadır. Qərbdə qısa müddət ərzində qazın qiyməti bir xeyli qalxdı. Rusiya bu qədər sanksiyalar qarşısında öz rezervləriylə 5-10 il özünü rahat idarə edə bilər. Ancaq sonra Şərqdə də problem yaşasa, vəziyyət lap çətin olacaq!”

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

End of content

No more pages to load

RADİO