Azərbaycan futbolunda ilk dəfə oyunun baş hakimi ilə VAR hakimləri arasında olan danışıq səs yazıları yayımlanıb.
Bizim.Media xəbər verir ki, bu səs yazıları Premyer Liqanın III turu çərçivəsində oynanılan "Sabah"-"Neftçi" və "Zirə"-"Sumqayıt" matçlarına aiddir.
Videoda baş hakim və VAR hakim və köməkçiləri ilə oyunda yaşanan şübhəli penalti epizodlarının müzakirəsi aparılır, qərarlar verilir.
Video və səs yazıları CBC Sport-da yayımlanan "Bizim futbol" verilişinə aiddir.
Bizim.Media