Sərxan Hacıyev: U-20 dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik

U-20 millisi Qəbələdəki toplanışla gələcək hazırlıqlara zəmin yaradır.

Bizim.Media xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə keçirilən təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, komanda aprelin 13-dən etibarən hazırlıq prosesinə başlayıb və sabah məşqlərin son günü olacaq:

“Toplanış müddətində iki futbolçu zədələndi. Onlardan biri məşqlər başlamazdan əvvəl, digəri isə məşq zamanı xəsarət aldı. Zədələnən oyunçulardan birinin əvəzinə başqa klubdan futbolçu dəvət etdik. Hesab edirik ki, bu toplanış gələcək hazırlıq baxımından faydalı olacaq”.

S.Hacıyev növbəti təlim-məşq toplanışının may ayının sonlarından başlayaraq təxminən iki həftə davam edəcəyinin planlaşdırıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, cari toplanış tanışlıq və yoxlanış xarakteri daşıdığından yoxlama oyunları keçirilməyib:

“Yoldaşlıq görüşlərinin növbəti toplanış zamanı təşkili nəzərdə tutulur. Lakin bu oyunların yerli və ya beynəlxalq rəqiblərlə keçiriləcəyi hələ dəqiqləşməyib”.

İcraçı vitse-prezident 2027-ci ildə ölkəmizdə təşkil olunacaq U-20 dünya çempionatına hazırlıq işlərinin davam etdiyini bildirib:

“Müxtəlif qurumlarla sıx əməkdaşlıq edirik. Yaxın günlərdə həm oyunların keçiriləcəyi məkanlar, həm də tarixlər açıqlanacaq. Final görüşünün harada təşkil olunacağı ilə bağlı özbəkistanlı nümayəndələrlə danışıqlar aparılır. AFFA olaraq final matçına ev sahibliyi etmək niyyətindəyik”.

S.Hacıyev əlavə edib ki, U-20 millisinin məşqçi heyəti tərəfindən AFFA-ya 17 aylıq hazırlıq planı təqdim olunub:

“Bu plan əsasında komandanın dünya çempionatına hazırlıq prosesi izlənilir. Bu məsələ bizim üçün prioritetdir”.

O, həmçinin ölkə xaricində çıxış edən futbolçuların toplanışa cəlb olunması istiqamətində işlərin aparıldığını bildirib:

“Cari toplanışa Türkiyə, Almaniya və İsveçdə çıxış edən futbolçuları dəvət etmək istəyirdik. Lakin onların liqa oyunları davam etdiyindən bu mümkün olmadı. Gələcəkdə bu istiqamətdə danışıqlar davam etdiriləcək”. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

End of content

No more pages to load

RADİO