Fransa çempionatının üçüncü turunda PSJ səfərdə "Lill"i 7:1 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, het-trikin müəllifi fransalı hücumçu Kilian Mbappe olub. Braziliyalı Neymar iki, argentinalı Lionel Messi və mərakeşli Əşrəf Hakimi hərəyə bir dəfə fərqlənib.
PSJ 9 xalla turnir cədvəlinə başçılıq edir. "Lill" 4 xalla 10-cu yerdədir.
Qollar: Conatan Bamba, 54 - Kilian Mbappe, 1, 66, 87, Lionel Messi, 28, Əşrəf Hakimi, 39, Neymar, 44, 52
Bizim.Media