ABŞ prezidenti Co Bayden ikinci müddətə namizəd olmaq fikrində deyil.
Bizim.Media xəbər verir ki, bu fikri Nümayəndələr Palatasının üzvü Kerolina Meloni “The New York Times” qəzetinə müsahibəsində səsləndirib.
Nəşr Melonidən "Prezident Bayden yenidən namizədliyini irəli sürməlidirmi?" sualına cavab istəyib.
“Dediklərimi yazmayın, o, bir daha namizədliyini irəli sürməyəcək”. Meloni belə deyib.
Xatırladaq ki, iyun ayında Bayden administrasiyası hazırkı prezidentin 2024-cü ildə ikinci müddətə namizəd olmaq niyyətini təsdiqləyib.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre jurnalistlərin Baydenin yaşı və ya səhhətinin onun seçkilərdə iştirak etməsi üçün problem ola biləcəyi ilə bağlı narahatlıqlarını rədd edib.
Bizim.Media