“Alfa” xüsusi təyinatlı qrupunun veteranı Sergey Qonçarov bildirib ki, restorana girişdə içərisində əldəqayırma partlayıcı qurğu olan qutunu yoxlayan mühafizəçi sayəsində daha böyük faciənin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, Qonçarov bu barədə TASS-a danışıb:
“Sağ qalanlar həmin mühafizəçiyə – vəzifəsini yerinə yetirən və qutunu yoxlayan vətəndaşımıza minnətdar olmalıdırlar”.
Rusiya Milli Antiterror Komitəsinin Moskvanın Kudrinskaya meydanındakı restoranda baş verən partlayışla bağlı yaydığı əsas məlumatlara əsasən restoranda əldəqayırma partlayıcı qurğunun partladılması baş verib.
Bombanı restorana keçirməyə çalışan qadın hadisə zamanı ölüb.
Üç ölən şəxsdən biri partlayıcı qurğu ilə gələn qadını restorana buraxmayan mühafizəçi olub.
Üçüncü ölən şəxs restoranın ziyarətçilərindən biri olub.
Partlayış nəticəsində 21 nəfər yaralanıb.
Bizim.Media