Türkiyədə İYİ Partiyanın sədri Meral Akşeneri it dişləyib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, hadisə xanım siyasətçinin Yalova səfəri zamanı baş verib.
M.Akşenerin avtomobili sahibsiz iti vurub. Siyasətçi avtomobilindən düşərək vəziyyətə müdaxilə etmək istəyən zaman it onun əlini dişləyib.
Partiya lideri ehtiyat tədbiri olaraq quduzluğa qarşı peyvənd olunub.
Bizim.Media