“Kərimələyənlərin kimdən tapşırıq aldıqlarından yaxşı xəbərdarıq” – Sahib Alıyevdən İrana qarşı SƏRT TƏPKİ

“Nikol Paşinyanın Vladimir Putindən sonra İran Prezidenti Rəisiyə də zəng  etməyə ehtiyac duyması fikrimcə, onu göstərir ki, son günlər Qarabağ və Şərqi Zəngəzurda baş verənlərlə bağlı o, Kremldən umduğu dəstəyi ala bilməyib. Ala bilmədiyindən də özlərinə daha yaxın sandıqları İranın rəhbərliyinə şikayətlənib”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Sahib Alıyevə məxsusdur.
 

MÖVZU İLƏ BAĞLI:

İran hökuməti Şərqi Azərbaycan vilayətinin Ermənistana ixracını təşviq edir


Deputat qeyd edib ki, sözügedən telefon danışığı zamanı Rəisinin dedikləri neçə aydır ki, rəsmi Tehranın bildirdiyinin təkrarıdır: 

“Yenilik təkcə budur ki, "Qafqazın siyasi coğrafiyasına edilən hər hansı bir dəyişikliklə barışmayacaq İran"  sən demə özü də belə bir dəyişiklik etmək niyyətində deyil. 
Xatırladaq ki, Qafqazın siyasi coğrafiyasında de-fakto dəyişiklik baş verəndə, Azərbaycan torpaqlarının 20%-ə yaxını işğal altında olanda molla rejimi işğalçı Ermənistana nəinki etiraz bildirir, hətta ona və separatçı ünsürlərə hərtərəfli yardım edirdi. İranın özünün Qafqazın siyasi coğrafiyasına dəyişiklik etmək niyyətində olmamasına gəldikdə isə biz orada "kərimə"ləyənlərin nə istədiklərindən də, hara bağlılıqlarından da, kimdən tapşırıq aldıqlarından da yaxşı xəbərdarıq. 

Azərbaycanın "Qafqazın siyasi coğrafiyası"na yanaşmasına gəldikdə dövlət başçımız dəfələrlə bildirib ki, bizim heç kimin torpağında  gözümüz yoxdur və öz torpaqlarımız üzərində suverenliyimizi tam təmin etmək yolunda da kimsə qarşımızda dura bilməz”.

Deputatın sözlərinə görə, İran rəsmiləri Qafqazın siyasi coğrafiyasının dəyişməsinə dözməyəcəklərini deyərkən ilk növbədə Qərbi Zəngəzurun gələcəyini nəzərdə tuturlar. 

“Amma oradakı din “təəssübkeş”ləri, imamların adı gələndə özəlliklə də kamera qarşısnda gözlərindən leysan tökənlər nədənsə unudurlar ki, Xameneinin sayın Ərdoğanla görüşdə haylarla “min illik əlaqə yolu” kimi təqdim etdiyi həmən torpaqlarda məhərrəmlikdə ta ötən əsrin 90-cı ilinə kimi ya Allah, ya Məhəmməd, ya Əli, ya Hüseyn səsləri gəlir, mərsiyə deyilirdi. İndi ancaq kilsə zənglərini, bir də  “Astvats xristos” sədalarını eşitmək olur. Məhərrəmikdə mərsiyə yerinə “ktsorot” və “şarakan” oxunur. 
 

Rusiyanın Federal Sərhəd Xidmətinin son açıqlamasında isə bildirilir ki, o “min illik əlaqə yolu”yla İrandan Ermənistana narkotik daşınır. Yəni Qərbi Zəngəzur Azərbaycanın işğal altındakı torpaqlarının bir zamanlar oynadığı rolu oynamağa başlayır, narkotik qaçaqmalçılığının əsas marşrutuna çevrilir. Görünür, bəziləri üçün oranın strateji önəmi həm də bundadır”.


Sahib Alıyev əlavə edib ki, işğal altındakı torpaqlarımız necə geri qaytarıldısa, kimin nə deməsindən asılı olmayaraq, azərbaycanlılar da bir gün Qərbi Zəngəzur qarışıq didərgin düşdükləri bütün yurd yerlərinə o cür qayıdacaqlar: 

“Və sonda onu da deyim ki, Ermənistan baş naziri İran Prezidenti Rəisi ilə telefonla danışdığı gün Azərbaycanın dövlət başçısı Türkiyədə səfərdə idi. Cənab İlham Əliyevlə sayın Ərdoğanın oradakı görüşlərindən paylaşılan şəkil fikrimcə, təkcə müttəfiqliyin yox, həm öz güclərinə və haqlılıqlarına əminliyin rəsmi idi”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO