Yaponiya hökuməti tam tərkibdə istefa verdi

Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib.

Bizim.Media Baş nazirin dəftərxanasına istinadla xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi iclasında bununla bağlı nazirlərin təqdim etdiyi ərizələr Fumio Kişida tərəfindən qəbul edilib. Yaxın vaxtlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyada hökumətin tam tərkibdə istefa verməsi, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ərəfəsində həyata keçirilən ənənəvi prosedurdur. İstefa verən nazirlər yeni kabinet formalaşanadək vəzifələrini formal olaraq həyata keçirirlər. Hökumətin yeni tərkibində xarici işlər naziri Yoşimasa Hayaşinin və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun öz vəzifələrini saxlayacağı gözlənilir. Bununla yanaşı, müdafiə naziri Nabuo Kişinin Baş nazirin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunacağı bildirilir. Onun yerinə isə 2008-2009-cu illərdə ölkənin müdafiə naziri olmuş Yasukazu Hamadanın təyin olunacağı qeyd edilir.

F.Kişidanın hakim Liberal Demokratik Partiyanın (LDP) rəhbərliyində də dəyişikliklər aparacağı bildirilir. Əsas belə dəyişiklik kimi iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiudanın LDP siyasi şurasının rəhbəri vəzifəsinə gətiriləcəyi qeyd edilir. Mütəxəssislərin rəyinə görə, bu vəzifə üç nazir portfelinə bərabərdir. Onun yerinə isə Yasutoşi Nişimuranın təyin ediləcəyi bildirilir. Hazırda LDP-nin siyasi şurasına rəhbərlik edən və sabiq Baş nazir Şinzo Abenin yaxın adamlarından biri hesab edilən Sanae Takaiçinin iqtisadi təhlükəsizlik naziri təyin olunacağı gözlənilir.

Əlavə olaraq bildirək ki, Yaponiyada son üç həftə ərzində Nazirlər Kabinetinin reytinqi 10 faizədək aşağı düşüb. Bunun səbəbi kimi, ilk növbədə ölkə daxilində baş verən proseslər – inflyasiya və siyasətçilərin “Birlik kilsəsi” ilə şübhəli əlaqəsi göstərilir. Buna baxmayaraq, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumətin xarici siyasətdə dəyişikliklər aparacağı gözlənilmir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO