“Silahlı dəstələrini Azərbaycandan çıxarmayan Ermənistandır" – XİN

"Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir".

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.

"Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib.
 

MÖVZU İLƏ BAĞLI:

MÜDAFİƏ NAZİRLİYİ: Ordumuz “Qisas” əməliyyatı keçirdi - VİDEO


Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.

Vurğulayırıq ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır.

3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.

Üçtərəfli bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır.

Əgər Ermənistan tərəfi üçtərəfli bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir.

Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.
Azərbaycanı “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır.

Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir", - bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

End of content

No more pages to load

RADİO