Apteklərdən Luqol və Dimedrol niyə QƏHƏTƏ çıxıb? – Rəsmi CAVAB

Son bir neçə həftədir ki, ilkin tibbi yardım üçün lazım olan pereparatlar apteklərdən tapılmır. Söhbət qrip, zökəm, angina, badamcıq iltihabı və  xroniki yorğunluqla bağlı problemlərdə geniş istifadə olunan Luqol və sinir sisteminin müalicəsində effektli olan Dimedrolun tapılmamasından gedir. Məcburiyyətdən alıcılara alternativ vasitələr təklif olunur. 

Bizim.Media-ya bu barədə çoxsaylı vətəndaş şikayətləri daxil olub. Şikayətçilərin bildirdiklərinə görə son bir neçə aydırki, apteklərdən Lüqol məhlulu qəhətə çıxıb. Dimedrol isə reseptsiz heç kimə verilmir. 

Sözügedən problemi araşdırmaq üçün Bakının bir neçə aptekində müşahidə apardıq. Təxminən 10-na yaxın aptekdə Luqol məhlulunun olmadığı, ümumiyyətlə bu pereparatın apteklərə gətirilmədiyi ortaya çıxdı. Tutarlı səbəb gətirənlər isə olmadı. 

Dimedrola gəlincə, bəzi aptek satıcıları “satılmır”, dedilər, bəzilərinin isə əlaltından bu dərman vasitəsini gizli satdıqlarının şahidi olduq. Yaxınlaşıb səbəbini soruşanda isə, həmin şəxsin resept əsasında sözügedən pereparatın sifarişlə gətirildiyi cavabı verildi. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bazarında TƏHLÜKƏLİ ŞPRİSLƏR – “Qara rezinlilər zəhərlənmə verir”


“Dimedrol”un açıq satışının dayandırılması təlimatının Səhiyyə Nazirliyi tərəfindən verildiyini də öyrənə bildik. O da məlum oldu ki, narkotik aludəçilərindən ehtiyat edərək belə bir addımın atılmasına göstəriş verilib. 

Amma son vaxtlar uşaqlar və böyüklər arasında yayılma arealı genişlənən angina, zökəm və qripin müalicəsi üçün effektli olan Luqolun yoxa çıxmasının səbəbini öyrənə bilmədik. Əslində 60 qəpiklik dərmanın birdən-birə qəhətə çıxması anlaşılan  olsa da, aidiyyəti qurmların bu məsələyə biganəliyi və bilərəkdən insanlara əziyyət verməsi başadüşülən deyil. 

Hər iki məsələ ilə bağlı Səhiyyə Nazirliyindən cavab almağa çalışdıq. Analitik Ekspertiza Mərkəzindən (AEM) Bizim.Media-ya bildirilib ki, dərman vasitələrinin idxalı özəl şirkətlər tərəfindən həyata keçirildiyi üçün apteklərdə dərman təminatı AEM-in səlahiyyətləri xaricindədir:

“Həkimlər Luqol dərman vasitəsi ilə eyni tərkibli digər dərman vasitələrini pasiyentə təyin edə bilərlər”.

Dimedrola gəlincə, Analitik Ekspertiza Mərkəzi bu pereparatın idxalında heç bir problem olmadığını qeyd edib:

“Dərman vasitələrinin idxal bazasına əsaslanaraq qeyd edək ki, sonuncu dəfə Dimedrol 09.07.2022 tarixində ölkəyə idxal olunub. Reseptlə buraxılan dərman vasitəsidir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı gənci öldürən yol polisi HƏBS OLUNDU

Azərbaycanlı gənci öldürən yol polisi HƏBS OLUNDU

Bakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"

Bakı-Qazax yolundan ŞİKAYƏT: "110-luq yolda aşağı sürətlə radara düşürük"

“Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır” - FOTO

“Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır” - FOTO

Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı

Sensasion tapıntı: 7 kiloqramlıq qızıl xəzinə aşkarlandı

“Karvan-Yevlax” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Şamaxı”ya qalib gəldi - VİDEO

Paytaxtda yol xətlənməsi sual yaratdı – RƏSMİ AÇIQLAMA - VİDEO

Paytaxtda yol xətlənməsi sual yaratdı – RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda küçələr xüsusi maddələrlə yuyulub - FOTO

Bakıda küçələr xüsusi maddələrlə yuyulub - FOTO

Azərbaycanda itkin düşən 7 nəfər tapıldı

Azərbaycanda itkin düşən 7 nəfər tapıldı

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı

Sağlam görünən TƏLƏ - Bu meyvə gizlicə kökəldə bilər

Sağlam görünən TƏLƏ - Bu meyvə gizlicə kökəldə bilər

Xəzər rayonunda 20 minlik silsilə oğurluq

Xəzər rayonunda 20 minlik silsilə oğurluq

Tramp İspaniya hökumətini tənqid etdi - FOTO

Tramp İspaniya hökumətini tənqid etdi - FOTO

Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Cabir İmanovun atası yubileyini belə qeyd etdi - FOTO

Xırdalanda qətl törədən şəxs həbs olundu - ÖZƏL

Xırdalanda qətl törədən şəxs həbs olundu - ÖZƏL

Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Azərbaycanda atasının kredit borcu övladına qaldı: PROSESİN İZAHI

Zaqatalada ağacəkmə aksiyası - FOTO

Zaqatalada ağacəkmə aksiyası - FOTO

İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

Bu evlər hər an ÇÖKƏ BİLƏR

Bu evlər hər an ÇÖKƏ BİLƏR

Trampdan sülh, Netanyahudan savaş ÇAĞIRIŞI – Son sözü diplomatiya, yoxsa silah DEYƏCƏK?

Trampdan sülh, Netanyahudan savaş ÇAĞIRIŞI – Son sözü diplomatiya, yoxsa silah DEYƏCƏK?

Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşdü - FOTO

Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşdü - FOTO

Döyməsi olanlar əsgərliyə APARILMIR?

Döyməsi olanlar əsgərliyə APARILMIR?

Avarçəkənlərimiz Türkiyədən 3 medalla qayıdırlar – FOTO

Avarçəkənlərimiz Türkiyədən 3 medalla qayıdırlar – FOTO

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir - FOTO

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir - FOTO

Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”

Elçin Əmirbəyov: “Ermənistan da "Qazan-qazan" prinsipindən faydalana biləcək”

End of content

No more pages to load

RADİO