Trampdan sülh, Netanyahudan savaş ÇAĞIRIŞI – Son sözü diplomatiya, yoxsa silah DEYƏCƏK?

İranla bağlı məsələdə ABŞ-la İsrail arasında fikir ayrılıqları qalmaqda davam edir. ABŞ razılaşmadan, İsrail isə əksinə, müharibənin davam etdirilməsindən danışır.

ABŞ Prezidenti Donald Tramp aprelin 17-də bəyan edib ki, İran nüvə silahı yaratmamağa razılaşıb. Bu əsasda Tramp bildirib ki, yaxında müsbət hadisələr baş verəcək.

İsrail baş naziri Benyamin Netanyahu da tamamilə zidd mövqe sərgiləyib. ABŞ Prezidentilə telefon danışığından sonra o bildirib ki, Tramp İranın nüvə potensialını tamamilə məhv edəcək.

Yəni eyni mövzuya aid bir açıqlamada razılaşmadan, digərində isə müharibənin davam etdirilməsindən danışılır.

Bundan əlavə Livan məsələsində də fikir ayrılıqları hökm sürür. Tramp İsraillə Livanı barışdırdığını elan etsə də, atəşkəs razılaşmasından dərhal sonra İsrail ordusu Livanı bombalayıb.

Belə olan halda sülh nə qədər mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, 10 günlük atəşkəsdən sonra ən azından Livan istiqamətində hərbi əməliyyatlar yenidən başlayacaq:

“İsrail Trampın təklifilə Livanda atəşkəs razılaşmasına getməyə məcbur oldu. Ancaq İsrail hərbi qüvvələri Livan ərazisini tərk etməyəcək. Eyni zamanda, Təl-Əviv bildirib ki, ona hücum olarsa, cavab vermək hüququnu özündə saxlayır”.

Ekspertin fikrincə, Livan hökuməti “Hizbullah”ı tərksilah edə bilməyəcək:

“Livan bütün ərazisində suverenliyini təmin etməklə yanaşı, “Hizbullah”ın imkanlarını məhdudlaşdırmalıdır. Burada söhbət “Hizbullah”ı tərksilah etmək və onu siyasi partiya kimi fəaliyyət göstərməyə məcbur etməkdən gedir. Amma Livan hakimiyyəti “Hizbullah”  üzərində elə də böyük imkanlara malik deyil.
 

Ona görə də 10 gündə Livan hakimiyyətinin bu istiqamətdə ciddi addımlar atacağı şübhə doğurur. Baxmayaraq ki, 2024-cü ilin sonlarından “Hizbullah”ın tərksilah edilməsilə bağlı öhdəlik götürüb, lakin bu günə qədər onu bacarmayıb.


İran Livan məsələsinin də atəşkəs prosesinə daxil edilməsini tələb edirdi. Tramp da danışıqların uğurlu olması üçün İsraili bu addıma məcbur etdi. Belə vəziyyətdə yəqin ki, 10 gündən sonra hərbi əməliyyatlar yenidən başlayacaq. Bu vəziyyət isə sülhü yaxınlaşdırmayacaq, əksinə gərginlik daha da arta bilər”.

Politoloq Tofiq Abbasov qeyd edir ki, sülhü əldə etmək üçün ona hazır olmaq lazımdır:

“İsrail cidd-cəhdlə çalışır ki, sülhə aparan yollar bağlansın. Belə olan halda isə ABŞ-nin istəkləri heç zaman reallaşmayacaq”.

Ekspert ABŞ-nin sülhə hazır olması məsələsinin də sual doğurduğu qənaətindədir:

“Amerika siyasətini müəyyən edənlər yəhudi lobbisidir.  Onlar isə Livan və İran istiqamətində problemlər yaratmağa çalışır. İsrail öz ərazisini genişləndirməyi düşünür. Belədə İsrail heç bir vəchlə sülh danışıqlarına sadiq olmayacaq. Bu da Amerika diplomatiyasının zəifliyinin nəticəsidir. Bu diplomatiya İsrailin sağçı qüvvələrinin  istəklərinin qarşısını almaq gücündə deyil. Ona görə də Tramp nə qədər sülhdən danışsa da, nə Livan, nə də İran istiqamətində sabitlik olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi– VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - VİDEO

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Həyatda qalmağı öyrənən, amma yaşamağı unudan NƏSİL - 70-80-ci illərdə doğulanlar nəyi itirdi?

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Son zamanlar yayılan xəstəlik nədir?

Son zamanlar yayılan xəstəlik nədir?

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

End of content

No more pages to load

RADİO