Döyməsi olanlar əsgərliyə APARILMIR?

Belə bir iddia yayılıb ki, bədənində döymə olan şəxslər hərbi xidmətə çağırılmır. Bu məsələ cəmiyyətdə müzakirə mövzusuna çevrilib və müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu doğru hesab etsə də, digərləri bunun sadəcə mif olduğunu bildirir.

Bəs həqiqətən döyməsi olan şəxslər hərbi xidmətə aparılmır? Əgər belədirsə, bunun səbəbi nədir? Ümumiyyətlə, kimlər hərbi xidmətə yararsız hesab olunur?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan hərbi ekspert Emin Həsənli döyməsi olan şəxslərin hərbi xidmətə çağırıldığını bildirib.

"Lakin bəzi hallarda onların psixi durumu və sağlamlıq vəziyyəti yoxlanılır. Əgər hər hansı problem aşkarlanarsa, bu artıq ümumi tibbi müayinə çərçivəsində dəyərləndirilir. Əslində əvvəlki illərdə psixi sağlamlıq məsələlərinə nadir hallarda diqqət yetirilirdisə, indi bu, daha ciddi şəkildə yoxlanılır.

Azərbaycanda və dünyada gənclər arasında bədənə döymə etdirmə halları artıb və bu artıq müəyyən mənada dəb halını alıb. Bir çox qoşun növlərində bu məqam nəzərə alınsa da, ümumilikdə belə bir qayda yoxdur ki, döyməsi olan şəxslər hərbi xidmətdən azad olunsun", - ekspert vurğulayıb.

E.Həsənli əlavə edib ki, gənclər arasında maarifləndirmə işinin davamlı aparılmasına ehtiyac var:

"Xüsusilə məktəblərdə və çağırışçılar arasında bu istiqamətdə izahat və maarifləndirmə işləri aparılır və gələcəkdə də buna böyük ehtiyac var. Gənclər özlərinə ideal kimi idmançıları, futbolçuları, müğənniləri və film qəhrəmanlarını seçirlər. Xüsusilə xarici ölkələrdən olan tanınmış şəxslər və beynəlxalq yarışların qalibləri onlara təsir edir. Bu səbəbdən də gənclər onlara bənzəməyə çalışır ki, bu da son dövrlər döymə etdirənlərin sayı artmaqdadır".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq çağırışa cəlb olunmuş vətəndaşlar əvvəllər psixiatrik xəstəxanada qeydiyyatda olub-olmaması (ambulator və ya stasionar müalicə) nəzərə alınmaqla, müayinə zamanı "mənəvi-psixoloji durumunun" qiymətləndirilməsi üçün, həmçinin bədəninin müxtəlif nahiyələrində tatuaj (döymə) və ya çapıq izləri aşkar edildikdə psixiatriya xəstəxanalarında əlavə müayinəyə cəlb edilirlər.

Göndəriş və nəticələr elektron qaydada sistem üzərindən aparılır. Müayinənin nəticəsindən asılı olaraq çağırışaqədər yaş həddində olanlar barəsində qərar qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO