Azərbaycanlı gənci öldürən yol polisi HƏBS OLUNDU

Rusiyada azərbaycanlı gənci öldürən yol polisi həbs olunub.

Bizim.Media “lent.az”a istinadən bildirir ki, bu həbs qərarı azərbaycanlı gəncin ölümünə görə deyil, yol polisinin xidməti zamanı yol verdiyi başqa nöqsana görə verilib.

Söhbət Rusiyanın Novosibirsk vilayətində xidmət edən yol polisi, baş leytenant Aleksandr Qusevdən gedir.

Məlumata görə, aprelin 13-də Moşkov rayonunda DYP inspektorları Aleksandr Qusev və Vitaliy Baranov barəsində hökm çıxarılıb.

Hər iki şəxs CM-nin 286-cı maddəsinin 3-cü hissəsinin “a, v, g, d” bəndləri üzrə (zorakılıq və silah tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaqda) təqsirli bilinib.
 

İş materiallarına görə, 2024-cü ilin iyul ayının sonlarında DYP ekipajı kənddə pitbayk sürən yeniyetmələri təqib edib. Məktəblilər polisin dayanmaq tələbinə tabe olmayaraq qaçmağa çalışıblar, lakin bir müddət sonra idarəetməni itirərək qəza törədiblər.


Hadisədən sonra polis əməkdaşları qəzanı rəsmiləşdirmək və zərərçəkənlərə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.

Məhkəmə Aleksandr Qusev və Vitaliy Baranova hər birinə 3 il müddətinə ümumi rejimli həbsxanada həbs cəzası təyin edib.

Bundan əlavə, onlar 2 il müddətinə Rusiya Daxili İşlər Nazirliyi sistemində dövlət vəzifəsi tutmaq hüququndan məhrum ediliblər.

Hər iki şəxs “polis baş leytenantı” xüsusi rütbəsindən də məhrum olunub. Hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, Aleksandr Qusevin adı daha rezonanslı hadisədə, 2021-ci il mayın 28-də 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qətlində hallanıb.
 

Belə ki, yol polisi azərbaycanklı gənclərin idarə etdiyi “Toyota” markalı avtomobili saxlamaq istəsə də, onlar tabe olmayıblar. Sonradan gənclər avtomobili saxlayaraq qaçıblar. Lakin yol polisləri onlardan 19 yaşlı Vəkili saxlamağa nail olublar.


Bu zaman Vəkilin dostları geri dönərək onu xilas etməyə çalışıblar. Amma yol polisi Qusev Vəkilin başını xidməti avtomobilin kapotuna sıxıb və tapança ilə gicgahına atəş açıb.

Xəstəxanaya yerləşdirilən oğlan orada ölüb.

Lakin təəssüf ki, Rusiya məhkəməsi Vəkil Abdullayevin ölümünə görə Aleksandr Qusevi cəzalandırmayıb və ona bəraət verib.

Qusev yalnız qəza törədən rusiyalı yeniyetmələrə kömək etmədiyi üçün 2024-cü ilin sentyabr ayında işdən kənarlaşdırılıb və nəticədə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO