Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında vətəndaşları qondarma “Donetsk Xalq Respublikası”nın Kiyevin nəzarətində olan hissəsindən, xüsusən də aktiv döyüş əməliyyatları aparılan bölgələrdən təxliyə etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, dövlət başçısı xüsusilə uşaqlı ailələr üçün məcburi təxliyənin mümkün qədər tez başlamasının vacibliyini bəyan edib.
Ukrayna lideri, həmçinin vətəndaşları bölgədə qalan dost və qohumlarını tərk etməyə inandırmağa və mümkünsə, köçkünlərə kömək etməyə çağırıb.
Bizim.Media