Şuşa sürətlə dirçəlir - Fransa KİV

Fransanın “Musulmans en France” (www.musulmansenfrance.fr) xəbər portalında Şuşaya həsr edilən məqalə yayımlanıb.

Bizim.Media xəbər verir ki, məqalənin müəllifi olan fransız jurnalist Jan Mişel Bren qeyd edir ki, İslamofobiya Fransa cəmiyyətini öz ağuşuna alıb və məhz bu ideologiya vasitəsilə bəziləri inandırmaq istəyir ki, Cənubi Qafqazdakı münaqişə (Qarabağ münaqişəsi) dini zəmində baş verən bir qarşıdurma idi.

Müəllif bu mövqeyi kəskin şəkildə pisləyərək əlavə edir ki, Azərbaycan Ermənistandan fərqli olaraq dünyəvi ölkədir və o, burada böyük bir xristian icmasının – Şərqi xristianların da yaşadığını, habelə multikulturalizmin Azərbaycanda dərin kök salmış adət-ənənələrdən olduğunu da bildirir.
Məqalədə qeyd edilir ki, Şuşanın işğaldan azad edilməsi ikiqat rəmzi məna daşıyır. Belə ki, bu, bir tərəfdən azərbaycanlılar üçün ərazi bütövlüyünün bərpasının, digər tərəfdən isə ermənilər üçün ekspansiya siyasətinin iflasa uğramasının simvoludur.

“Musulmans en France” xəbər portalının komandası azərbaycanlı məşhur muğam ifaçısı və Şuşanın banisi Pənahəli xanın nəvəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova - Verdiyeva ilə də həmsöhbət olub.

"Pənahəli Xan Cavanşir Qarabağ xanlığının hökmdarı idi. 1752-ci ildə o, 1300-1600 metr hündürlükdə, düşmən hücumları üçün əlçatmaz olan sıldırım qayalarla əhatə olunmuş bir qala şəhəri salmaq qərarına gəldi. Əvvəlcə bu şəhər onun yaradıcısının şərəfinə Pənahabad adlandırıldı, sonralar isə bu şəhərə Şuşa adı verildi.

Pənahəli xan şəhəri 17 məhləyə bölmüşdü. Hər birinin öz məscidi, su bulağı və hamamı var idi. Lakin Xan təkcə döyüşçü və inşaatçı deyildi.

O, həm də estet idi (xarüqələr yaradırdı). O, Şuşanın Azərbaycanın incisi olmasını istəyirdi. Pənahəli Xan arzu edirdi ki, Şuşada musiqiçilər, alimlər, incəsənət xadimləri tez-tez bir araya gəlsin. Şuşada yaşamağa layiq olmaq lazım idi”, - deyə Bəyimxanım Cavanşirova müsahibəsi zamanı qeyd edib.
 

Məqalədə jurnalist Bren təəssüflə vurğulayıb ki, 1992-ci ildə erməni silahlı qüvvələrinin hücumuna məruz qalan şəhər boşaldılaraq, təmamilə kimsəsizləşdi.

“Yalnız bir neçə erməni ordusunun zabiti orada məskunlaşdı. Şəhərin füsunkar tikililərinin əksəriyyəti söküldü, digərləri isə təmamilə baxımsız vəziyyətdə qaldı", - deyə məqalədə vurğulanıb.

Qarabağ işğaldan azad olunan kimi şəhərin yenidən qurulmasına başlanıldı.

“Şuşa sürətlə yenidən dirçəlir. Maraqlısı budur ki, bu şəhərdə hətta mövcud olan erməni kilsəsi də restavrasiya edilir. Lakin işğal dövründə xeyli sayda məscid, alban və pravoslav kilsələri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb, eləcə də təhqir edilib. Görəsən, ermənilər buna görə azərbaycanlılardan üzr istəyiblərmi ?", - deyə fransız jurnalist bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO