Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmakrı Lloyd Ceyms Ostin ilə telefonla danışıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.
Türkiyə və ABŞ müdafiə nazirləri ikitərəfli və regional məsələlər müzakirə ediblər.
Bundan əlavə, tərəflər müdafiə və təhlükəsizlik məsələləri, Ukraynadan taxıl daşınması, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və “F-16” təyyarələrinin tədarükünə dair fikir mübadiləsi aparıblar.
Bizim.Media