İlham Əliyevin Bolqarıstanın Baş naziri ilə geniş tərkibdə GÖRÜŞÜ KEÇİRİLDİ - YENİLƏNİB

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Baş nazir və nümayəndə heyətinin üzvləri. Bir daha xoş gəlmisiniz. Elə indicə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı cənab Baş nazirlə çox yaxşı müzakirəmiz oldu və tərəfdaşlığımızın gücləndirilməsi üçün bir çox imkanları müəyyən etdik.

Bu gün öncə müzakirə etdiyimiz kimi Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır.

Biz bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannaməni imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib.
Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik. Lakin, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var. Bir sözlə, geniş əhatəli məsələlər müzakirə edildi. Biz cənab Baş nazirlə artıq uzun müddətdir ki, bir-birimizi telefonla tanıyırıq. İndi isə artıq şəxsən tanış olduq. Sizi görməyimə çox şadam və Sizə Bakıda xoş səfər arzulayıram.
x x x

Bolqarıstanın Baş naziri Kiril Petkov dedi:

- Sağ olun, cənab Prezident. Çox məmnunam ki, bir-birimizlə şəxsən görüşürük. Mən artıq qeyd etdim və bir daha söyləmək istəyirəm ki, dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll etməyə gəldikdə, dostlar yenə də yan-yana olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac yarandığı zaman Siz Bolqarıstanın yanında oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji sektorunda və ondan başqa sahələrdə bir çox imkanları müzakirə etdik.

Sizin yanaşmanızı dəstəkləyirəm ki, biz Strateji Tərəfdaşlıq sənədini imzaladıq, müzakirələr apardıq, indi isə onları reallığa çevirməliyik. Hökumətimiz indiki tərkibdə gələn bir neçə həftə ərzində, ola bilsin, qalacaq.
Lakin qərarlar var və biz tam əminik ki, növbəti hökumət də bizim hökumət olacaq. Biz belə nəticəyə gəldik ki, texnologiya, logistika, Avropaya ixrac, enerji daşıyıcılarının paylanması kimi sahələrdə bir çox işlər görülə bilər.

***

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO