Bu qanunu pozan vəzifəli şəxslər 1500 manat cərimələnəcək – SƏRƏNCAM  

Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər müəyyənləşəcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2022-ci il 22 iyun tarixli 552-VIQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncamda əksini tapıb. 

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. 

Qeyd edək ki, bu gün Prezidentin tətbiqi haqqında sərəncam imzaladığı İnzibati Prosessual Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirak etməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı imza toplanması prosesinin və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Qanununda nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilat, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO