Pənah Hüseyn Avropa İttifaqıyla imzalanan memorandumu ALQIŞLADI – Başqa müxaliflər isə... - MÖVQE

Xəbər verdiyimiz kimi, iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında eneri sahəsində əməkdaşlığın inkişafı üzrə memorandum imzalanıb.

Memoranduma əsasən, Azərbaycanın Aİ ölkələrinə qaz nəqlinin artırılması nəzərdə tutulur.

Bu sazişə müxalifətin mövqeyi necədir?

Müxalifət partiyalarının sədrləri Bizim.Media-ya açıqlamalarında bu suala cavab veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Pənah Hüseyn Vilayət Quliyevin CAVABINI VERDİ: “Bahalı kostyum, qalstuk məsələsi maraqlıdır”


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sözügedən sazişlə bağlı uzun müddətdir ki, hazırlıqların getdiyini bildirib:

“Memorandumu da uzun müddət davam edən danışıqların uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Əlbəttə ki, əsas məsələ sənəddə öz əksini tapan ideyaların praktikada həyata keçirilməsi və buna əməl edilməsi olacaq. Burada daha çox enerji məsələləri önə çıxıb. Əvəzində heç şübhəsiz ki, tərəflər memorandumda öz əksini tapmayan müəyyən öhdəliklər də götürüblər. Eyni zamanda Qarabağ məsələsində də Avropa İttifaqı son vaxtlar xeyli fəallaşıb. Hər halda memorandum bu istiqamətdə də müsbət təsir göstərən faktora çevrilə bilər”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə memorandumu Azərbaycanın Avropa ailəsinə inteqrasiyasında önəmli hadisə kimi qiymətləndirib:

“Azərbaycan artıq uzun illərdir ki. Avropanın enerji sahəsində əhəmiyyətli bir subyektə çevrilib. Bu saziş ölkəmizin gələcəkdə Aİ-nin enerji təhlükəsizliyinin mühüm bir parçası olması baxımından kifayət qədər ciddi məslədir. Görünür ki, Azərbaycan artıq ittifaq üçün əhəmiyyətli ölkədir. Aİ rəsmisi də bunu çıxışında bildirdi. Ümid edirik ki, memorandumdan Azərbaycanın gələcək inkişafı üçün uğurla istifadə olunacaq. Və gələcəkdə Avropa ailəsinin tərkib hissəsi olmağımızla yanaşı, Azərbaycan regional əhəmiyyətini də daha da artıracaq”.

Aydınlar Partiyasının sədri Qulmahüseyn Əlibəylinin sözlərinə görə, memorandum hər iki tərəf üçün böyük imkanlar yaradır:

“İlk növbədə Aİ Rusiyanın enerji asılılığından tədricən xilas olmaq istəyir. Bu sahədə Azərbaycan ittifaq üçün daha cəlbedici tərəfdaşdır. Təbii ki, Azərbaycan üçün də bu, iqtisadi cəhətdən sərfəli modeldir.
Həm də siyasi cəhətdən də Aİ-nin Azərbaycana təsir imkanları azalacaq. Ən azı o mənada ki, Avropa İttifaqının insan hüquqları və demokratiya məsələlərində bəzən qərəzli mövqeyinə şahidlik edirik. Hesab edirəm ki, enerji məsələsinin həlli bu istiqamətdə də yardımçı olacaq və Azərbaycan Avropa İttifaqı üçün aparıcı dövlətlərdən birinə çevriləcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

End of content

No more pages to load

RADİO