Azərbaycan Ermənistana düşdüyü vəziyyətdən çıxış yolunu dəfələrlə göstərib – Gürcü politoloq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iyulun 16-da Tbilisidə görüşü region ölkələrinin diqqət və marağına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə böyük diqqət və böyük maraq doğurur, lakin təbii ki, regional hadisələri, xüsusilə dövlətlərarası münaqişələrin həllini də unutmaq olmaz.

“Nazir Ceyhun Bayramovun dövlətlərarası münasibətlərin münaqişədən sonrakı reallıqlar əsasında nizamlanmasının vacibliyi ilə bağlı bəyanatı onu göstərir ki, Azərbaycan öz mövqelərində möhkəm dayanıb və münaqişənin bütün illəri ərzində tutduğu çox aydın xətti davam etdirir”, - deyə politoloq qeyd edib.

O bildirib ki, çox güman Ermənistan rəhbərliyi bəzi ölkələrin münaqişəyə rəsmi İrəvanın xeyrinə müdaxiləsi ilə bağlı müəyyən illüziyalar yaratmağa başlayır. Keçmişdə isə bu cür cəhdlər ayrı-ayrı siyasətçilərin qeyri-müəyyən bəyanatları ilə məhdudlaşırdı. Sonralar isə bu bəyanatlar çox vaxt onlar və ya onların ölkələrinin rəsmi dairələri tərəfindən təkzib edilirdi.

Xüsusilə nəzərə alsaq ki, indi nə Rusiya, nə də Avropa üçün Ermənistan o qədər də əhəmiyyət kəsb etmir, o zaman bu ölkə rəhbərliyindən məsələnin real həlli istiqamətində konkret və müstəqil addımlar gözləmək olar.

T.Txilava deyib:

“Azərbaycan Ermənistanın düşdüyü çıxılmaz vəziyyətdən yeganə çıxış yolunu dəfələrlə açıq şəkildə göstərib. Azərbaycanın ərazi bütövlüyünün tanınması, Qarabağda vəziyyəti gərginləşdirmək cəhdlərinin dayandırılması, müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə regional əməkdaşlığa cəlb olunması - bu, konkret yoldur. Çox güman ki, Ermənistan gec-tez bu yoldan keçməli olacaq”.

Görüşün Tbilisidə keçirilməsinin çox xoş olduğunu bildirən siyasətçi deyib: “Gürcüstan regional siyasətini daha da gücləndirməlidir. Burada bizim qonşu dövlətlərin prezidentləri səviyyəsində görüş keçirilsə, daha xoş olar. Əminəm ki, sonda biz regionun üç ölkəsinin real, səmimi əməkdaşlığının və mehriban qonşuluğunun şahidi olacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

End of content

No more pages to load

RADİO