"Neftçi" Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirəcək.
Qollar: Qodsvey Donyo, 17 (0:1), Serkan Odabaşıoğlu, 82 (1:1)
Bizim.Media