Vaşinqtonda atışma ilə bağlı saxlanılan şəxs aprelin 27-də məhkəmə qarşısına çıxarılacaq.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO
Bizim.Media xəbər verir ki, bunu Vaşinqton üzrə federal prokuror Cinayn Pirro bildirib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs mümkün qədər çox zərər vurmaq niyyətində olub.
Pirro hadisəyə çevik reaksiya verən hüquq-mühafizə orqanlarına təşəkkür edib. O bildirib ki, polisin operativ fəaliyyəti insidentin daha da böyüməsinin qarşısını alıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.

Bizim.Media