ABŞ prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.
Bizim.Media xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib:
"Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim".
Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib:
"Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı", - deyə Tramp bildirib.
Vaşinqtonun polis rəisi Ceff Kerroll bildirib ki, Trampın qaldığı oteldə hücum edən şəxs tək hərəkət edib.
Bizim.Media