BMT-dən Azərbaycanda qadınların sülh quruculuğunda fəal iştirakına çağırış

BMT-nin Qadın Hüquqları Komitəsi Portuqaliya, Türkiyə, Azərbaycan, Namibiya, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Monqolustan və Boliviya ilə bağlı nəticələri təqdim edib. 

Bizim.Media xəbər verir ki, hesabatla bağlı çıxış edən komitə üzvü Lia Nadaraia bildirib ki, BMT-nin Qadın Hüquqları Komitəsi 30 illik Qarabağ münaqişəsinə görə, məcburi köçkün vəziyyətinə düşmüş qadınlar və qızlara görə narahatlığını ifadə edir.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar qadınların, qızların təhsilə, səhiyyəyə, iş imkanlarına və yaşayış yerinə sahib olma imkanlarında ciddi çətinliklər olub. 

Hesabatda qadınların barışıq və sülh quruculuğu işlərində fəal iştirakına çağırış qeyd olunub. Eyni zamanda, hesabatda qadınların əmək bazarında bərabərhüquqlu şəkildə təmsilçiliyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanda müəyyən sahələr var ki, orada qadınların işləməsinə icazə verilmir və ya tövsiyə olunmur. Bu işlərin siyahısı 200-ə yaxındır. BMT-nin Qadın Hüquqları Komitəsi Azərbaycanı bu məhdudiyyətləri aradan qaldırmağa və qadınların da bütün işlərə giriş və təmsilçilik imkanlarını təmin etməyə çağırıb. 

Lia Nadaraia onu da diqqətə çatdırıb ki, Azərbaycanda qadınların qərarvermə proseslərində iştirakı fəal deyil: 

“Təəssüf ki, siyasi qərarvermə proseslərində qadınların fəal iştirakı ilə bağlı müsbət nəticələrimiz yoxdur.
Doğrudur, hökumət müəyyən kvota təqdim edir, ancaq siyasi partiyalarda qadınların təmsil olunması ilə bağlı hər hansı məcburi qayda yoxdur. Biz hökumətə çağırış edirik ki, bu, təşviq olunsun. Ümid edirik ki, bu tövsiyəmizi nəzərə alacaqlar”. 

BMT rəsmisi Azərbaycanda qadınların siyasi proseslərdə təmsilçiliyinin təxminən 30 faiz olduğunu əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

16 yaşlı oğlanı “tok” vurub öldürdü

16 yaşlı oğlanı “tok” vurub öldürdü

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Yüzlərlə ailə köçürüləcək

Yüzlərlə ailə köçürüləcək

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

End of content

No more pages to load

RADİO