“Ümid edir ki, nə vaxtsa Zelenskidən aktyorluq yox, səmimilik tələb olunar”.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nataliya Poklonskaya deyib.
Kiyevdəki Maydan hadisələri barədə sualları cavablandıran deputat Zelenskini möhtəşəm aktyor adlandırıb:
“Zelenski aktyordur, möhtəşəm artist və rejissordur. Lakin düşünürəm ki, nə vaxtsa onun aktyorluq istedadı yox, səmimiliyi sorğulanacaq”.
Deputat Kapitolidə baş verənlərə də toxunub. O, Ukrayna hökumətinin Vaşinqton etirazlarını ikili standartlarla dəyərləndirdiyini vurğulayıb.
Bizim.Media