Erməni lobbisinin Avropada qurduğu KORRUPSİYA SXEMİ – Okampo tərəfindən səhnə arxasında qurulan SİYASİ OYUNLAR

Avropa siyasi institutlarının şəffaflığı və prinsipiallığı ilə bağlı illərdir formalaşmış təsəvvürlərin sadəcə yalanlardan ibarət olduğu növbəti dəfə faktlarla ifşa olunub.

Doğrudur, Avropa İttifaqında yüksək vəzifələr tutan şəxslərin erməni lobbisi ilə bağlılığı məsələsi əvvəllər də dəfələrlə gündəmə gəlib. Lakin son ortaya çıxan faktlar artıq bu əlaqələrin mövcudluğuna heç bir şübhə yeri qoymayıb.
 

MÖVZU İLƏ BAĞLI: 
Okamponun video-etirafı: “Borrel mənim komandamın üzvüdü”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” – VİDEO


Erməni lobbisi ilə əməkdaşlığın etirafı

Belə ki, “Minval Politika” tərəfindən yayılan və geniş rezonans doğuran videomateriallar isə vəziyyətin daha mürəkkəb və ziddiyyətli olduğunu göstərir. Söhbət sabiq beynəlxalq prokuror Luis Moreno Okampo və onun oğlu Tomas Moreno Okamponun səs yazısından gedir.

Həmin səs yazısında Luis Moreno Okampo erməni lobbisi ilə əməkdaşlıq etdiyini açıq şəkildə etiraf edib.

Okampo həmçinin Avropa diplomatiyasının keçmiş rəhbərlərindən biri Cozef Borrelin onun üçün çalışdığını da vurğulayıb:

“Borrel indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.

Azərbaycana qarşı qurulan çirkin plan

Ən diqqətçəkən məqam isə Okamponun hansı planlarda iştirak etdiyini də açıq şəkildə etiraf etməsidir. Səs yazısında sabiq prokuror Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dakı erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaq üçün çalışdığını qeyd edib.

Bundan əlavə, Ermənistanın daxili işlərinə müdaxilə və Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması da erməni lobbisinin Okampo vasitəsilə reallaşdırmağa çalışdığı planın tərkib hissəsidir. Bir sözlə, Luis Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya aparır.

“Avropa Parlamentindəki biabırçılıqların arxasındakı tək səbəb korrupsiyadır”

Mövzu ilə bağlı millət vəkili, AŞPA-dakı nümayəndə heyətimizin üzvü olmuş Asim Mollazadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Luis Okamponun açıqlamasında təəccüblü heç nə yoxdur:

“Həm beynəlxalq təşkilatlarda, həm Avropa Parlamentində, həm də Avropa Şurasının Parlament Assambleyasında belə biabırçı mənzərələr aşkarlanır. Bu biabırçılıqların arxasındakı tək səbəb korrupsiyadır. Çox təəssüf ki, Okampo və bu kimi bəzi Avropa rəsmiləri öz şəxsi maraqları üçün bir çox dəyərləri ayaqlar altına atırlar.

Mən öz müşahidələrimə əsasən deyə bilərəm ki, Avropa Parlamenti bir sıra imkanlı şəxslərin əlində alətə çevrilib. Həm Borrel, həm də digər Avropa rəsmiləri haqqında korrupsiya faktıyla biz dəfələrlə rastlaşmışıq. Erməni diasporasının pul kisəsindən asılı olan Avropalı rəsmilər uzun illər həm Azərbaycana, həm də Türkiyəyə qarşı çirkin kampaniya aparıb. Təsadüfi deyil ki, korrupsiyalaşmış qurumların sözü artıq eşidilmir və onlara etimad azalır”.

Müsahibimiz onu da əlavə edib ki, Avropadakı bəzi dairələrin və Okamponun Ermənistanda keçiriləcək parlament seçkilərinə qarışmaq niyyətinin arxasında da korrupsiya faktı dayanır:

“Keçmiş SSRİ dönəmindən başlayaraq xüsusi xidmət orqanları və imkanlı şəxslər Avropadakı bəzi rəsmiləri rüşvətlə ələ alıblar və proses bu gün də davam edir. Belə kampaniyalar seçkilər ərəfəsində daha da çoxalır. Ermənistanda gözlənilən parlament seçkilərinə müdaxilə təşəbbüsü də çirkin ənənənin hələ də yaşadığını göstərir”.

Surxay Atakişiyev, Biizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

End of content

No more pages to load

RADİO