Cəbrayıl Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Bizim.Media xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0. Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3.

Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.

Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib. Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb.

Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub.

Xatırladaq ki, Cəbrayıl ötən il Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.

Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub - 3:5. Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.

Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub. Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət komandamız qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

“Mənim dayağım, həyat yoldaşım” - Foto

“Mənim dayağım, həyat yoldaşım” - Foto

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Dünyanın ən çox satılan telefonları açıqlandı

Dünyanın ən çox satılan telefonları açıqlandı

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO