İyulun 7-də 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi mübarizəyə bu mərhələdən start verəcək. Komandalar artıq səbətlərə bölünüb. Reytinq cədvəlində 7-ci pillədə məskunlaşan yığma 1-ci səbətdə yer alıb.
1-ci səbət: Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, Ukrayna, İtaliya, Çexiya, Gürcüstan, Finlandiya, Slovakiya
2-ci səbət: Sloveniya, Bosniya və Herseqovina, Polşa, Rumıniya, Niderland, Belarus, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Moldova
3-cü səbət: Monteneqro, Kosovo, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Avstriya
Oyun günləri
12-21 sentyabr 2022
3-12 oktyabr 2022
6-9 noyabr 2022
27 fevral – 8 mart 2023
Bizim.Media