Avstriyada Çempionlar Liqasına hazırlaşan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.
Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” ilə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, Ağdam klubu günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gəlib. Matç 2:2 hesabı ilə yekunlaşıb.
"Qarabağ" - “Universitatya Krayova” (Rumıniya) - 1:1
Qollar: Filip Ozobiç, 16 - Andrey İvan, 36
Bizim.Media