Türkiyənin Bolu şəhərində Konfrans Liqasına hazırlaşan "Zirə" bu gün ilk yoxlama matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun komandası Rumıniyanın "Hermanştadt" klubuna 1:2 hesabı ilə uduzub.
Paytaxt təmsilçisinin oyundakı yeganə qolunu isə 25-ci dəqiqədə Hamidu Keyta vurub.
Qeyd edək ki, "Zirə"nin Boluda daha bir yoxlama matçı nəzərdə tutulub. Ancaq rəqibin adı hələlik açıqlanmayıb.
Bizim.Media