Rusiya ordusu Xarkovun Severnaya Saltovka rayonuna raket zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov yayıb.
Onun sözlərinə görə, nəticədə 4 nəfər ölüb, 19 nəfər yaralanıb:
“Zərərçəkənlərin sayı ilə bağlı məlumatlar yenilənir.
Ruslar həyətlərə, küçələrə, sırf mülki infrastruktura zərbə endirirlər. Burada yalnız mülki insanlar yaşayır”.
Bizim.Media