Üçtərəfli görüş üç saatdan çoxdur davam edir -  TAM VİDEO

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı bütün məsələlərdə ATƏT-in Minsk qrupunun prinsiplərinə əməl etdiyini söyləyib.

"Eyni zamanda qeyd etmək istərdim ki, Rusiya bütün məsələlərdə ATƏT-in Minsk Qrupunda əldə olunan əsas yenilikləri izləyib. Biz tərəfdaşlarımızla, Minsk Qrupunun sədrləri ilə hərəkətlərimizi mütəmadi olaraq yoxlayırıq".

Putin bunu İlham Əliyev və Paşinyanla görüşündə deyib.

***

Görüş zamanı Vladimir Putin bildirib ki, Qarabağda tezliklə yenidənqurma işləri başlayacaq.

“Qarabağdakı yenidənqurma işləri ilə Rusiya, Ermənistan və Azərbaycanın baş naziri müavinlərinin rəhbərlik etdiyi üçtərəfli  işçi qrupu məşğul olacaq”,- deyə o, bildirib.

***

Rusiya prezidenti Vladimir Putin Qarabağı müzakirə etmək üçün Moskvaya gəldiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana minnətdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Putin qeyd edib ki, Rusiyanın vasitəçiliyi əsasən Qarabağda hərbi əməliyyatların dayandırılmasına yönəlib.

O, hazırda bölgədə vəziyyətin stabil olduğunu vurğulayıb: “Hazırda 48 mindən çox erməni geri Qarabağa qayıdıb”

Rusiya prezidentinin fikrincə, onun İlham Əliyev və Paşinyanla görüşü münbit olacaq və bu, nəticədə Qarabağ probleminə kömək edəcək.

***

Bu dəqiqələrdə Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti "agentliyi yayıb.

Qeyd edək ki, Kremldə baş tutan görüşün təşəbbüskarı Putindir.

Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər.

Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.

Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qiymətli kağızlar bazarında GERİLƏMƏ – Əsas səbəblər və çıxış yolları

Qiymətli kağızlar bazarında GERİLƏMƏ – Əsas səbəblər və çıxış yolları

İlham Əliyev: “Güləşimizin böyük ənənələrini yaşadırıq”

İlham Əliyev: “Güləşimizin böyük ənənələrini yaşadırıq”

Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxsin meyiti tapıldı

Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxsin meyiti tapıldı

Zelenskidən atəşkəslə bağlı TAPŞIRIQ

Zelenskidən atəşkəslə bağlı TAPŞIRIQ

Prezident Avropa çempionatında çempion olan güləşçiləri qəbul etdi – FOTO

Prezident Avropa çempionatında çempion olan güləşçiləri qəbul etdi – FOTO

Yeni metro stansiyası bu ərazidə yerləşəcək – VİDEO

Yeni metro stansiyası bu ərazidə yerləşəcək – VİDEO

Xırdalanda yeni “Kontakt” ünvanı: AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

Xırdalanda yeni “Kontakt” ünvanı: AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

Boğazında yemək qalan 1 yaşlı körpə öldü

Boğazında yemək qalan 1 yaşlı körpə öldü

Xocavənd kəndinə növbəti köç karvanı yola salındı – FOTO

Xocavənd kəndinə növbəti köç karvanı yola salındı – FOTO

Erməni lobbisinin Avropada qurduğu KORRUPSİYA SXEMİ – Okampo tərəfindən səhnə arxasında qurulan SİYASİ OYUNLAR

Erməni lobbisinin Avropada qurduğu KORRUPSİYA SXEMİ – Okampo tərəfindən səhnə arxasında qurulan SİYASİ OYUNLAR

“Baykar”dan süni intellekt elementləri olan yeni kamikadze PUA-sı – VİDEO

“Baykar”dan süni intellekt elementləri olan yeni kamikadze PUA-sı – VİDEO

ABŞ Konqresinin komitəsi Cənubi Qafqaz ölkələrinə vəsait ayrılmasını təsdiqlədi

ABŞ Konqresinin komitəsi Cənubi Qafqaz ölkələrinə vəsait ayrılmasını təsdiqlədi

DİN-dən qanunsuz silah-sursatla bağlı vətəndaşlara ÇAĞIRIŞ

DİN-dən qanunsuz silah-sursatla bağlı vətəndaşlara ÇAĞIRIŞ

14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO

14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Rezidenturaya hazırlaşanların NƏZƏRİNƏ!

Rezidenturaya hazırlaşanların NƏZƏRİNƏ!

Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?

Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?

Davada xəsarət alan şagirdin SON DURUMU

Davada xəsarət alan şagirdin SON DURUMU

Pezeşkian qubernatorlara tapşırıqlar verdi

Pezeşkian qubernatorlara tapşırıqlar verdi

Ukrayna Rusiyanın iri müdafiə zavodlarından birinə PUA zərbəsi endirdi – VİDEO

Ukrayna Rusiyanın iri müdafiə zavodlarından birinə PUA zərbəsi endirdi – VİDEO

Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Gəncədə məktəblilər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Məhkumlarla görüşlərlə bağlı YENİLİK

Məhkumlarla görüşlərlə bağlı YENİLİK

Bakıda qeyri-adi qəza – VİDEO

Bakıda qeyri-adi qəza – VİDEO

Ronaldo “Əl-Əhli” azarkeşlərinin atmacasına belə cavab VERDİ - VİDEO

Ronaldo “Əl-Əhli” azarkeşlərinin atmacasına belə cavab VERDİ - VİDEO

End of content

No more pages to load

RADİO