Əli Nağıyevin sədrliyi ilə Dövlət Komissiyasının iclası keçirildi - FOTO

İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş,  girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan edib. 

Daha sonra vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Son illərdə Dövlət Komissiyası tərəfindən görülən işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını vurğulayıb. 

Eyni zamanda bildirilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıb.
6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. 

Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarılıb.

Komissiya sədri Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, itkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlərin bundan sonra da davamlı və operativ şəkildə həyata keçiriləcəyini, bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib. 

Eyni zamanda Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyü və hazırkı vaxtadək hər iki ölkədən birlikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılıb.

Sonra Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək Əli Nağıyevin rəhbərliyi altında son illərdə Dövlət Komissiyası tərəfindən əsir və itkin düşmüş şəxslərlə əlaqədar həyata keçirilmiş önəmli tədbirlər barədə geniş məlumat vermiş, qurumun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bu sahə üzrə mötəbər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulamış, həmçinin meyit qalıqlarının axtarışı zamanı yeni texnologiyaların uğurlu tətbiqindən danışıb. 

O bildirib ki, bu günədək Ermənistan tərəfindən təhvil verilmiş, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş və ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş meyit qalıqları üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin olunub.
Tədbirdə həmçinin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov İraq və Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı məruzə etmiş, bu sahədə görülmüş və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verilib.

Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı xanım Arian Bauer, Dövlət Komissiyasının üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, hərbi prokuror Xanlar Vəliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək çalışdıqları sahələr üzrə gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həm Ermənistan ərazisində, həm də işğal edilmiş ərazilərdə saxlanılan 54 nəfər Azərbaycan vətəndaşına baş çəkilmiş, onlardan 17 nəfərinin meyiti sonradan Azərbaycana təhvil verilmiş, 33 nəfərin öldüyü bildirilsə də meyitləri qaytarılmamış, 4 nəfərin isə sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib.

İclasın yekununda Dövlət Komissiyasının sədri Əli Nağıyev qarşıda duran mühüm vəzifələr barədə ətraflı bəhs etmiş, əsir-girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi yönümündə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi fəaliyyətin xüsusilə təqdirəlayiq olduğunu vurğulamış, Dövlət Komissiyasına həvalə olunmuş məsələlərin və tapşırıqların yerinə yetirilməsi istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını diqqətə çatdırılıb.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir

Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"

Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"

Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

“İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin” - İlham Əliyev

“İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin” - İlham Əliyev

End of content

No more pages to load

RADİO