Leyla Əliyeva IUCN və WWF International təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib. 

IDEA İctimai Birliyindən Bizim.Media-ya verilən məlumata görə, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması ilə bağlı mövcud vəziyyət müzakirə edilib, təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. 

Leyla Əliyeva IDEA İctimai Birliyinin dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ilk və ən böyük beynəlxalq təşkilat olan IUCN-nin üzvü olmasından məmnunluğunu ifadə edib və qurumun rəhbərini Azərbaycana səfər edərək ölkəmizin zəngin təbiəti və bioloji müxtəlifliyi ilə yaxından tanış olmağa dəvət edib. 
Daha sonra dünyanın 100-dən çox ölkəsində minlərlə təbiəti mühafizə layihələri həyata keçirən WWF-in baş direktoru ilə görüş keçirilib, sözügedən təşkilatla IDEA İctimai Birliyi arasındakı mövcud əməkdaşlıq müzakirə edilib. 

Söhbət zamanı tərəflər Azərbaycanda nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpasına yönəlmiş birgə səylərdən məmnunluq ifadə edərək, əməkdaşlığın getdikcə daha da sıx olacağına əminliyini bildiriblər.
Bu xüsusda, nəsli kəsilməkdə olan ceyran və bəbirlərin qorunması, eləcə də zubrların Azərbaycana reintroduksiya edilməsinə yönəlmiş birgə layihələrin uğurla həyata keçirildiyi qeyd olunub, digər nadir heyvan növlərinin çoxaldılması və təbii areallarına qaytarılması üzrə təşəbbüslərin başlanılmasına dair razılığa gəlinib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir

Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"

Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"

Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

End of content

No more pages to load

RADİO