Moskvanın hava limanlarından birində üzərində “Mən Zamirəm” ("Я Замир") plakatı olan Azərbaycan vətəndaşı Rusiya silahlı qüvvələrini gözdən salma şübhəsi ilə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç Facebook səhifəsində yazıb.
Mənbə qeyd edir ki, sonradan onun adının Zamir olduğu müəyyən edilib. Plakatı isə hava limanında qarşılanacağı üçün hazırlayıbmış.
Bizim.Media
