“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

Bakı-Belqrad birbaşa aviareysinin açılması iki ölkə arasında aviasiya sahəsində əməkdaşlığın mühüm mərhələsidir.

Bizim.Media xəbər verir ki, bu fikri "Air Serbia" aviaşirkətinin baş direktoru Jiri Marek jurnalistlərə açıqlamasında ifadə edib.
 

Onun sözlərinə görə, bu marşrutun istifadəyə verilməsi uzunmüddətli hazırlıq və tərəfdaşlıq nəticəsində mümkün olub və həm sərnişin daşımaları, həm də regionlararası əlaqələrin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır.


Jiri Marek bildirib ki, Azərbaycan tərəfi ilə, xüsusilə müvafiq aviasiya qurumları və Bakı aeroportu ilə əməkdaşlıq yüksək peşəkarlıq və səmərəli koordinasiya şəraitində həyata keçirilib. Bu isə yeni reysin uğurla icrasına şərait yaradıb.

“Biz bu əməkdaşlığın başlanğıc mərhələsindəyik. Həftədə iki dəfə həyata keçirilən uçuşlar artıq yüksək maraqla qarşılanır. İlk reyslər üzrə sərnişin doluluğu gözləniləndən xeyli yüksək olub. Bu, marşrutun perspektivlərini açıq şəkildə göstərir”, – deyə şirkət rəhbəri vurğulayıb.
 

O əlavə edib ki, Bakı şəhəri Avropa ilə Asiya arasında mühüm tranzit nöqtəsi kimi çıxış etmək potensialına malikdir, Belqrad isə “Air Serbia”nın geniş marşrut şəbəkəsi vasitəsilə 100-dən artıq istiqamətə çıxış imkanı təqdim edir.


Baş direktor, həmçinin Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş rejiminin turizm və biznes əlaqələrinin inkişafına əlavə stimul verdiyini qeyd edib.

Onun sözlərinə görə, bu amil sərnişin axınının artmasına və əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.

Jiri Marek sonda tərəflər arasında qurulan əməkdaşlığa görə məmnunluğunu ifadə edib və Bakı-Belqrad reyslərinin gələcəkdə daha da genişlənəcəyinə inamını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO