Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Son vaxtlar Xəzər dənizi akvatoriyasında ardıcıl zəlzələlər müşahidə olunur. Seysmoloji xidmətlərin məlumat bazalarında bu hadisələr əsasən kiçik və ortamaqnitudalı təkanlar kimi təsnif edilir. Aprel ayında Xəzər dənizində 16-dan 18-ə qədər zəlzələ qeydə alınıb. Bu aktivlik çərçivəsində, xüsusilə aprelin 8-də 5.3 maqnitudalı, aprelin 12-də isə 4.6 maqnitudalı zəlzələlər baş verib.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Xəzər seysmik baxımdan tam sakit zona deyil. Amma belə ardıcıl və hiss olunan təkanların bir-birinin ardınca baş verməsi son illərlə müqayisədə daha çox diqqət çəkir.

Bu aktivliyin əsas səbəbləri nədir və hansı geoloji proseslərlə əlaqələndirilir?

"Aktiv bölgələrdə zəlzələlərin qeydə alınması normaldır"

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması normaldır:

"Azərbaycan ərazisi Alp-Himalay seysmik qırışıqlığının üzərində yerləşir və Xəzər dənizi seysmik baxımından aktiv bölgələrimizdən biridir. Aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması halı mümkündür. Yəni ərazi seysmikdirsə, orada zəlzələ ehtimalı var. Xəzər dənizində və respublikanın quru ərazisində baş verən maqnitudası üç və üçdən yuxarı olan zəlzələlər haqqında məlumatları RSXM-nin rəsmi internet səhifəsi üzərindən daim ictimaiyyətin diqqətinə çatdırırıq".

Seysmik dinamika

Bakı Dövlət Universitetinin seysmologiya və yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov bildirib ki, hazırda hər hansı kəskin təhlükə ilə bağlı əsasımız yoxdur.

Bunlar tamamilə normal, təbii hadisələrdir:

"Hazırda dünyada zəlzələlərin qısamüddətli proqnozlaşdırılması elmi baxımdan mümkün deyil. Proqnozlar yalnız orta və uzunmüddətli seysmik risk qiymətləndirmələri əsasında aparılır. Azərbaycanda müşahidə olunan seysmik aktivlik təbii geoloji proseslərin nəticəsidir və bu proseslər zamanla dəyişir. Bəzən aktivlik artır, bəzən isə azalır. Bu, normal seysmik dinamika hesab olunur və həyəcan üçün əsas yaratmır".

Zəlzələnin əsas geodinamik səbəbi

Mütəxəssis vurğulayır ki, Xəzər hövzəsi Alp-Himalay seysmik qurşağının tərkib hissəsidir.

Bu qurşaq Aralıq dənizindən başlayaraq Yunanıstan, Türkiyə, Qafqaz, İran ərazilərindən keçməklə Hindistanın şimalına qədər uzanır:

"Azərbaycan, eləcə də Xəzər dənizi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Beynəlxalq geodinamik tədqiqatlara əsasən, region Avrasiya plitəsi ilə Ərəb plitəsi arasındakı davamlı sıxılma zonasına daxildir. Bu plitə hərəkətləri nəticəsində yer qabığında gərginlik toplanır və həmin enerji qırılma zonalarında periodik olaraq boşalır. Məhz bu mexanizm zəlzələlərin əsas geodinamik səbəbi kimi qəbul edilir".

"Geoloji baxımdan normaldır"

Mütəxəssisin sözlərinə görə, ölkə ərazisində bir neçə əsas seysmik aktiv zona mövcuddur:

"Digər aktiv seysmik zonalar sırasında Şamaxı və İsmayıllı bölgələri də qeyd olunur. Bu ərazilər tarixən seysmik hadisələrin daha çox qeydə alındığı zonalar kimi tanınır. Bundan başqa, Böyük Qafqazın şimal-qərb hissəsində yerləşən Zaqatala və Şəki zonaları da aktiv seysmik bölgələr sırasındadır. Azərbaycan ümumilikdə orta seysmik aktivliyə malik ölkədir. Bu baxımdan ölkə Yaponiya, Filippin və İndoneziya kimi yüksək seysmik aktivliyə malik ölkələrlə müqayisədə daha aşağı risk qrupunda yer alır.

Xəzər dənizinin xüsusilə cənub hissəsi geoloji baxımdan daha mürəkkəb quruluşa malikdir. Bu zona Cənubi Xəzər çökəkliyi ilə əlaqədar olaraq yüksək çöküntü qalınlığı və aktiv tektonik deformasiya ilə xarakterizə olunur.

Regionda yer qabığının enməsi və sıxılması fonunda seysmik hadisələrin baş verməsi təbii proses sayılır. Azərbaycan ərazisi ümumilikdə bir neçə seysmik aktiv zonaya bölünür və bu zonalarda zəlzələlərin təbii şəkildə baş verməsi geoloji baxımdan normal proses hesab olunur".

Seysmologiya yalnız risk zonalarını müəyyən edir

Məlumat üçün bildirək ki, xüsusilə Cənubi Xəzər hövzəsi mürəkkəb tektonik quruluşu ilə seçilir. Elmi ədəbiyyatda bu region yüksək sıxılmış çöküntü qatları, aktiv qırılma sistemləri və qeyri-bərabər deformasiya zonaları ilə xarakterizə olunur. Bu xüsusiyyətlər seysmik enerjinin həm lokal, həm də silsilə şəkildə boşalmasına şərait yaradır.

Seysmoloji müşahidələrə dair beynəlxalq məlumat bazalarında (ISC, EMSC) Xəzər regionu daim aktiv zona kimi qeyd olunur. Buna görə də burada zəlzələlərin vaxtaşırı təkrarlanması qeyri-adi hal hesab edilmir.

Əsas fərq müşahidə sıxlığındadır: müasir seysmik şəbəkələr əvvəlki dövrlərlə müqayisədə daha zəif təkanları da qeydə alır, bu isə "aktivliyin artması" təəssüratı yarada bilər.

Böyük zəlzələnin əvvəlcədən dəqiq proqnozlaşdırılması isə elmi baxımdan mümkün deyil. USGS və "Nature" icmallarına görə, hazırkı seysmologiya yalnız risk zonalarını müəyyən edə bilir, lakin konkret zaman və güc proqnozu verə bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

"Xruşşovka"lar sökülür?

"Xruşşovka"lar sökülür?

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Zelenski İrəvana gəldi

Zelenski İrəvana gəldi

End of content

No more pages to load

RADİO