Samir Rzayev: “Bakı–Belqrad reysi sərnişinlər üçün uğurlu olacaq”

Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin açılması mühüm əhəmiyyət kəsb edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, yeni marşrutun istifadəyə verilməsi təkcə uçuş coğrafiyasının genişləndirilməsi deyil, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin daha da möhkəmləndirilməsi deməkdir.


“Air Serbia” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə sərnişinlər üçün daha rahat və çevik səyahət imkanları yaradır.

S.Rzayev qeyd edib ki, həftədə iki dəfə icra olunacaq uçuşlar həm işgüzar səfərlərin intensivləşməsinə, həm də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. Belqrad istiqaməti Bakı hava limanının beynəlxalq uçuş şəbəkəsini genişləndirərək sərnişinlərə Cənub-Şərqi Avropa regionuna daha əlçatan bağlantılar təqdim edir.

İdarə Heyətinin sədri vurğulayıb ki, ilk reyslə Serbiyadan rəsmi qonaqların ölkəmizə səfəri bu marşrutun əhəmiyyətini bir daha nümayiş etdirir:

“Onları Bakıda salamlamaqdan məmnunuq. Bu, iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır”.
 

S.Rzayev əlavə edib ki, əsas məqsəd sərnişinlər üçün təhlükəsiz, rahat və səmərəli səyahət mühitinin təmin edilməsidir. Bu istiqamətdə xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin tətbiqi və əməliyyat səmərəliliyinin yüksəldilməsi üzrə işlər davam etdirilir.


“Əminik ki, Bakı–Belqrad reysi həm sərnişinlər, həm də tərəfdaşlarımız üçün uğurlu olacaq və Azərbaycan ilə Serbiya arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək”, – deyə S.Rzayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO