“Microsoft”un qurucusu Bill Qeyts yaxın 20 ildə yeni pandemiya ehtimalının 50% olacağı barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Qeytsin proqnozlarını İspaniyanın “El Diario” qəzeti oxucularla bölüşüb.
“Bu, artıq bildiyimiz bir virusdan yayıla, ya da insan tərəfindən yaradıla bilər. Bu, çox qorxulu ssenaridir, çünki eyni anda müxtəlif yerlərdə yayılacaq”, deyə o, iddia edir.
Pandemiya ilə mübarizə aparmaq üçün Qeyts yanğınsöndürənlərə oxşar "qlobal epidemiyaya cavab və səfərbərlik qrupu" yaratmağı təklif edir.
"Bu, Ümumdünya Səhiyyə Təşkilatının büdcəsində 25% artım tələb edəcək və bununla da müxtəlif profillərə malik təxminən 3000 nəfərdən ibarət komandamız olacaq", deyə Qeyts yekunlaşdırıb.
Bizim.Media