Meksikada "Meymun çiçəyi" virusuna ilk yoluxma faktı qeydə alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Meksikanın səhiyyə nazirinin müavini Huqo Lopes-Qatella virusun aşkarlandığı şəxsin 50 yaşlı ABŞ vətəndaşı olduğunu açıqlayıb.
“O, 50 yaşlı Nyu-York sakinidir və ehtimal ki, Niderlandda yoluxub. Xəstə hazırda Mexikodadır. Xoşbəxtlikdən onun vəziyyəti stabildir”, - deyə nazir bildirib.
Bizim.Media