Cümhuriyyətimizin Gəncə TARİXİ – Həmin dövrün sənədləri harada saxlanılır? - FOTO

1918-ci ildə Azərbaycan Demokratik Respublikası məhz Gəncə şəhərində fəaliyyətə başlayıb. Gəncə XX yüzillikdə ilk müstəqil dövlətimizin ilk paytaxtı olub. Bu da Gəncənin milli dövlətçilik tariximizdə xüsusi bir yerinin olduğunun bariz nümunəsidir. 

1918-ci il mayın 27-də keçirilən iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti seçildi və M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Camo bəy Hacınski, Xosrov Paşa bəy Sultanov və başqaları Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər. 

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. 

Həmin dövrün tarixi faktlarını araşdıran ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, tarixçi Azad Bayramov Bizim.Media-nın yerli bürosuna müsahibəsində qeyd edib ki, 1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. 

“Milli hökumət Gəncə şəhərinə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında yerləşdi. Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərildi”.

Azad Bayramovun sözlərinə görə Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir:

“Həmin dövrdə Gəncədə, ilk dəfə olaraq, milli bayrağımız başımızın üstündə dalğalanmağa başladı, Azərbaycan dili dövlət dili elan edildi. Gəncədə keçirilən iclasda Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqda qərar qüvvəyə mindi. Həmin dövrdə dahi Üzeyir bəyin başçılığı ilə «Azərbaycan» qəzeti işıq üzü gördü. Gəncənin ulu adı özünə qaytarıldı. Tarixdən də göründüyü kimi Gəncədə dövlətin sosial – iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.

Gəncədə fəaliyyət göstərdiyi dövrdə cümhuriyyət xarici siyasətdə mühüm işlər gördü, daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya qısa bir müddətdə 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü.
 

Sentyabrda keçiriləcək Paris Sülh Konfransında dünyanın böyük dövlətlərinin müstəqil Azərbaycanı dəstəkləməsi üçün lazımı işlərin görülməsi məqsədilə həmin dövlətlərə komissiyalar göndərildi. 


Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı. Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün hərbi nazirlik, hərbi zavod yaradıldı. Hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi. Zabit kursları təşkil olundu. 26 iyun 1918-ci ildə isə Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında Əlahiddə Azərbaycan korpusu yaradıldı. Bakı Sovetinin Gəncə üzərinə hücumunun qarşısı Azərbaycan – türk birləşmiş qoşunları tərəfindən alındı.
 

Tam 3 ay, 16 iyun- 15 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Gəncə şəhərində fəaliyyət göstərdi. 3 ay Gəncə dövrü ərzində dövlətçilik üçün vacib olan 200-dən çox müxtəlif qərarlar qəbul edilmişdir”. 


Bu gün həmin faktları təsdiq edən şəkillər və sənədlər Gəncədə, Azərbaycan Aqrar Universitetin Xalq Cümhuriyyəti muzeyində qorunub saxlanılır.

Bu bir tarixdir. Həm qədim Gəncənin, həm də müstəqil Azərbaycanımızın şanlı tarixində qızıl hərflərlə yazılmış bir tarix. Gələcək nəslə çatdırılması üçün qorunub saxlanılan tarix... 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

Qadınların xəyanət etməsinin 5 əsas səbəbi

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

100 dollarlıq hot-doq dəbə çevrilir: adi küçə yeməyi lüks mətbəxə daxil olur - FOTO

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

Prezident böyük maliyyə tutumlu Sərəncam imzalayacaq

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

İsveçdə sakinlər eyni axşam iki möhtəşəm səma hadisəsi izləyəcək

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Hələlik iki istiqamət var: biri Türkiyə, biri İran”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

“Yaşıl rəngli avtobusları Bakıda tez-tez görürük”

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gəncədə 44 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

“Dostunu gətir, 800 dollar qazan”: Dubaydan turistləri cəlb etmək üçün yeni TƏŞVİQ PROQRAMI

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

Bu yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

“Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev

End of content

No more pages to load

RADİO